Axtarış

The search found 105783 results in 0.012 seconds.

Search results

  1. Goranboyda avtomobil aşıb, ana və qızı yaralanıb

    Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     
    Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.
     Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

    Muxalifet - 4-08-2017

  2. “Nar” kiçik həcmli internet paketlərini də limitsiz etdi

    Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə, “Nar” Turbo paketlərində interneti limitsiz etdi. İndi Turbo XS, Turbo S və Turbo M paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli “Nar” internetindən yararlana bilər. Paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.

    Muxalifet2 - 4-08-2017

  3. Fərman Ceyranlının məhkəməsində hakim şahidlərin dindirilməsini tələb edib

    Cümə günü Tbilisi Şəhər Məhkəməsində "Lanset" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.
     
    Prokurorluğun əvvəlki nümayəndəsi məzuniyyətə çıxdığından iclas zamanı dövlət ittihamçısı başqası ilə əvəzlənib.
    Hakimin "müttəhim dövlət ittihamçısının əvəzlənməsinə etiraz edirmi" sualının cavabında F.Ceyranlı deyib ki, bunun heç bir əhəmiyyəti yoxdur, çünki proses siyasi motivlidir.

    Muxalifet - 4-08-2017

  4. Gözəl Bayramlıya əsa vermirlər

    Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının səhhətində problemlər var.
     
    Jurnalist Əfqan Muxtarlı və "Kanal 13" İnternet resursunun rəhbəri Əziz Orucov isə istintaqdan narazıdır. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil avqustun 4-də onlarda Bakı İstintaq Təcridxanasında görüşüb.
    Vəkilin sözlərinə görə, G. Bayramlının səhhəti günü-gündən pisləşir.
    "Gözəl Bayramlının səhhəti ağırlaşır. Sol ayağı iflic ola bilər. İndiyədək hər hansı zəruri tibbi yardım da göstərilməyib. Sərbəst yeriyə, ayağa qalxa, otura bilmir".

    Muxalifet - 4-08-2017

  5. Çingiz Hüseynzadənin Azərbaycana gətirdiyi qaradərili idmançılar niyə narazıdır?

    Efiopiyalı atlet: “Bizi Azərbaycanda idman quluna çevirdilər, pulumuzu vermədilər”

    Muxalifet2 - 4-08-2017

  6. Trampın birinci xanımı: “Türkləri sevirəm”

    Amerika Prezidenti Donald Trampın əvvəlki həyat yoldaşı, teleulduz Marla Maplesin Türkiyənin gerçək pərəstişkarı olduğu ortaya çıxıb.
     
     “Amerikanın səsi”nə danışan xanım Maples deyib ki, çoxlu sayda türk dostları var.
    Modellik karyerasına Türkiyə istehsalı olan neylon corab markasının reklamı ilə başladığını xatırladan Maples “Jan Pol Ataker” moda evinin sahibləri, əslən Türkiyədən olan Numan və Kərim qardaşlarına yoldaş olduğunu, onların sayəsində Türkiyəni sevdiyini söyləyib.

    Muxalifet - 4-08-2017

  7. BORÇALIDA BİRLİK VƏ BƏRABƏRLİK BAYRAMI

    Və yaxud Sadaxlının El Bayramının topluma verdiyi mesaj

    Muxalifet2 - 4-08-2017

  8. Azərbaycan PUA-ları vurmaq üçün yeni silahlar aldı

    Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan “Drone Killer” silahını alıb.
     
    Bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən “Harp Age” şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib.
    Onun sözlərinə görə, “Drone Killer” silahı yexni texnologiyalar əsasında hazırlanıb.
    “Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır”, - deyə o bildirib.

    Muxalifet - 4-08-2017

  9. Erməniyə görə NTV kanalına 300 min cərimə

    NTV telekanalı Moskva Arbitraj Məhkəməsinin qərarı ilə erməni aktyor Armen Ciqarxanyana görə 300 min rubl cərimə olunub.
     
     Aktyor RİA Novostiyə aid məlumatları qeyri-qanuni yaydığı üçün cəzalandırılıb. Məbləğin 200 min rublunu kanal, qalan 100 minini isə aktyor özü ödəməlidir.

    Muxalifet - 4-08-2017

  10. “Əzan susdurulmadan Türkiyəni işğal etmək mümkün deyil” - Ərdoğan

    Azanları susdurmadan Türkiyəni işğal edə bilməyəcəklərini başa düşənlər məscidləri hədəfə alırlar.
     
    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yıldız Hamidiyə məscidinin açılışında deyib.
    “İslamın əsərləri qəsdən məhv edilir. Suriyada və İraqda olan hadisələri biz yaşamayacağıq. Heç kimin buna gücü çatmayacaq. Millətimizin mayası möhkəm, təməli sağlamdır”, - Ərdoğan bildirib.

    Muxalifet - 4-08-2017

  11. Luçesku Ardanı milliyə qaytarır

    Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luseçku bir müddət əvvəl milli komanda karyerasını başa vurduğunu açıqlayan ulduz futbolçu Arda Turanla bağlı danışıb.
     
    Luçesku Arda Turanla telefon əlaqəsi yaradıb söhbət edəcəyini bildirib.
    Onun bu açıqlaması Ardanı yenidən milli komandada çıxış etməyə razı salacağı kimi başa düşülüb. Türkiyə yığmasının aparıcı qüvvəsi olan “Barselona”nın ulduz futbolçusu Arda Turanın milliyə qayıtmaq ehtimalı indidən sevinclə qarşılanıb.

    Muxalifet - 4-08-2017

  12. Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar

    Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir.
     
     Bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib. O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.

    Muxalifet - 4-08-2017

  13. YANAN "GELANDEWAGEN"İN YARIŞDIĞI MAŞININ FOTOLARI

    Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.
     

    Muxalifet - 4-08-2017

  14. Qubada dəhşətli qəza - Ölən və yaralanan var/VİDEO

    Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
     
    ARB TV xəbər verir ki, hadisə Afurca kəndi ərazisində baş verib.
    İstirahət məqsədilə Qubaya gələn Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Səmədovun idarə etdiyi "Mitsubişi" markalı maşın hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
    Fakt araşdırılır.

    Muxalifet - 4-08-2017

  15. Paytaxtda sürücü velosipedçini vurdu – ZƏRƏRÇƏKƏN RAMİZ ZEYNALOVA MÜRACİƏT ETDİ

    Ötən gün axşam Zığ şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
    “Ölkə.Az”-ın məlumatına görə, “99-KF-321” dövlət nömrə nişanlı avtomobili idarə edən Tərlan adlı sürücü yol kənarı ilə hərəkət edən velosipedçini vurub.
    Qəza nəticəsində velosipedçi Heydər İsmayılov ciddi xəsarətlər alıb, qabırğası qırılıb.

    Muxalifet2 - 4-08-2017

  16. Andlılar Heyətinin çağrılmasından sonra Tramp tərəfdarlarını səfərbər edir

     
    Sabiq FBI Direktoru Robert Mueller
     
    Qərbi Virciniya ştatında söylədiyi nitqdə Prezident Donald Tramp onun seçki kampaniyasının Rusiya ilə təmasları barədə deyilənləri “total uydurma” adlandırıb.
     
     Onun sözlərinə görə, bu əməllər opponetlərinin seçkilərdə uduzduqlarına haqq qazandırmasına xidmət edir.

    Muxalifet - 4-08-2017

  17. 50 yaşlı kişini elektrik vurub öldürdü

    Lənkəran rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
     
    Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
    Belə ki, həmin qəsəbənin elektriki olan 1967-ci il təvəllüdlü Muxtar Məmmədkərim oğlu Tağıyevi ehtiyatsız davranması səbəbindən cərəyan vurub.
    O, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə gələnəcən dünyasını dəyişib. 
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet - 4-08-2017

  18. Gədəbəy sakini göldə batdı

    Gədəbəy sakini göldə batıb.
     
    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.
    Dərhal Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
     BakuPost

    Muxalifet - 4-08-2017

  19. 33 yaşlı kişi araq içdi, komaya düşdü - TOVUZDA

    Tovuz rayonunda 33 yaşlı kişi alkoqoldan zəhərlənərək komaya düşüb.
     
    Tovuz rayon sakini, 1984-cu il təvəllüdlü Samir Sulidin oğlu Quluyev yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet - 4-08-2017

  20. Azərbaycan snayperləri ermənilərdən güclü oldular

    Avqustun 4-də "Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.
     
    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.

    Muxalifet - 4-08-2017

Pages