Axtarış

The search found 105783 results in 0.013 seconds.

Search results

  1. Peşə məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

    Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
     

    Muxalifet3 - 3-08-2017

  2. ​Sabah bu ərazilərdə qaz olmayacaq

    Avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 mm-lik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.
     

    Muxalifet3 - 3-08-2017

  3. Abdullah Güldən gözlənilməz görüş

    Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül Qətər əmiri Şeyx Təmim bin Hamad əl Sani ilə görüşüb.
     
    Tərəflər paytaxt Dohanın Bəhr sarayında bir araya gəliblər.
    Görüşdə şeyxlə Gülün beynəlxalq və ikili əlaqələri müzakirə etdiyi bildirilib.
    Səfərin iki gün davam edəcəyi gözlənilir.

    Muxalifet - 3-08-2017

  4. Erməni fəal Sərkisyana belə etiraz etdi – VİDEO

    Ermənistanda "Sasna Tsrer" qruplaşmasının üzvü Vartan Qeravedyan artıq 13 gündür ki, aclıq aksiyası keçirir.
     
    Bu gün siyasi aktivist Vardqes Qaspar Vartan Qeravedyana, o cümlədən "Sasna Tsrer" işi üzrə həbs edilən digər siyasi məhbuslara dəstək məqsədilə etiraz aksiyası keçirib. O, Ermənistanın Ombudsman Aparatının qarşısında uzanmaqla Sarkisyan hakimiyyətinə etiraz edib.
    Siyasi aktivist ombudsmandan penitensiar müəssisələrdə siyasi məhbuslara qarşı həyata keçirilən zorakılıq və təzyiqlərin qarşısının alınmasını tələb edib.

    Muxalifet - 3-08-2017

  5. Amerikanın təhlükəli İran siyasəti: Tramp-Səudiyyə tandemi Yaxın Şərqdə növbəti savaşa hazırlaşır - TƏHLİL

    Ceffri Saks
     
    Project Syndicate (ABŞ), 03.08.2017

     
    ABŞ prezidenti Donald Tramp və müşavirləri bir neçə həftə qabaq İranı Yaxın Şərq terrorizminin mərkəzinə çevrilməkdə ittiham edən Səudiyyə Ərəbistanının mövqeyinə qoşulublar. Eyni zamanda ABŞ Konqresi İrana qarşı sanksiyaların yeni raundunu hazırlayır. Lakin Səudiyyə Ərəbistanı kralının ifadə etdiyi kimi, İranı kürəsəl terrorizmin “avanqardı” qismində karikatura kimi təqdim etmək təkcə yanlış deyil, həm də təhlükəlidir. Çünki bu, Yaxın Şərqdə daha bir müharibəyə səbəb ola bilər.

    Muxalifet3 - 3-08-2017

  6. Moskva "Türk axını"nı sürətləndirir: Sanksiya qorxusu

    ABŞ-ın sanksiyaları gücləndirməsi səbəbindən “Qazprom” "Türk axını" boru layihəsinin tikintisini sürətləndirib.
     
    Bu barədə “Röyter” məlumat yayıb.
    İddia edilir ki, Trampın sanksiya fərmanını imzalamasından sonra Moskva Qərb partnyorlarının nəhəng neft-qaz layihələrindən kənarlaşacağından ehtiyat edir.
    Qazpromun adı açıqlanamayan nümayəndəsinin sözlərinə görə isə, sanksiyaların təsirsiz ötüşməsi üçün "Türk axını"nın layihəsinin əlavə qolu inşa edilir:
    “Risklər böyümədən inşaat işlərinin sona çatması mütləqdir”./axar.az

    Muxalifet - 3-08-2017

  7. Neftçalada 28 yaşlı balıqçı dənizdə boğulub

    O, Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tuturmuş
     
    Neftçala rayonunda 28 yaşlı balıqçı dənizdə boğulub.
    Hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.
    Belə ki, rayonun Həsənabad kənd sakini Təbriz Havasət oğlu Bağırov Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tutarkən suda boğulub.
    Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri onun meyitinin tapılması istiqamətində axtarışları davam etdirir./report

    Muxalifet - 3-08-2017

  8. Kür çayında boğulan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

    Ağamurad Bayramovun cansız bədəni adiyyəti üzrə təhvil verilib
     
    Şirvan şəhərində çayda batan yeniyetmənin meyiti tapılıb.
    17 yaşlı Ağamurad Hidayət oğlu Bayramovun cansız bədəni FHN-in dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./report
    *** 17:03
    Kür çayında 17 yaşlı yeniyetmə boğulub.

    Muxalifet - 3-08-2017

  9. Goranboyda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Goranboy rayon sakinini elektrik cərəyanı vurub.
     
    Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Cəfərov Rasim Mobil oğlunu evində iş görən zaman elektrik cərəyanı vurub.  
    Yaxınları onu Gəncəyə xəstəxanaya çatdırmaq istəsələr də, R. Cəfərov yolda dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet - 3-08-2017

  10. Qubada maşın dərəyə aşıb, ölən var

    Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
     
     Hadisə Afurca kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Səmədov Vüsal Xeyrulla oğlunun idarə etdiyi "Opel" markalı maşın hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sərnişin Samir adlı şəxs dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
    Fakt araşdırılır.

    Muxalifet - 3-08-2017

  11. Rusiya siyasəti dəyişir: Avropaya yönəlir

    ABŞ və Çindən istədiyini ala bilməyən Rusiya Avropaya yönəlir.
     
    Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel deyib.
    O bildirib ki, Rusiya xarici siyasətində müəyyən dəyişikliklər müşahidə edilir:
    “Moskva Çinlə bərabər səviyyədə müttəfiq olmağa çalışırdı. Lakin çinlilər: Dünyada sadəcə iki supergüc var: Biz və ABŞ – deyir. Rusiyanın ikinci ümidi Donald Tramp olsa da, bu cəhd də uğursuz alındı. Ona görə də ruslar təmkinli şəkildə Avropa ilə dil tapmağa çalışırlar”.

    Muxalifet - 3-08-2017

  12. "Qəbələ” “Panatinakos”a məğlub oldu: 1-2

    Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb
     
    "Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb.
    Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda da Yunanıstan təmsilçisi "Panatinaikos”u uduzub.
    Qəbələlilər "Bakcell Arena"da baş tutan matçda hesabı açsalar da, matçın gedişində iki qol buraxaraq məğlub olublar.
    Avropa Liqası
    III təsnifat mərhələsi, cavab oyunu
    3 avqust
    "Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan) 1:2

    Muxalifet - 3-08-2017

  13. Bu gün "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək

    Pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək
     
    Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
    İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.

    Muxalifet - 4-08-2017

  14. Sumqayıt yolunda ağır qəza: ata və oğul ölüb - YENİLƏNİB

    Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb
     
    Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı həyatını itirmiş şəxslərin kimliyi məlum olub.
    Həlak olan şəxslər ata və oğuldur:
    1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,
    1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu /report
    *** 02:14
    Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

    Muxalifet - 4-08-2017

  15. Abşeron rayonunda piyda vurulub: Ölən var - YENİLƏNİB

    Hadisəni törədən sürücü saxlanılıb
     
    Abşeron rayonunda baş vermiş qəzada həlak olan piyadanın kimliyi məlum olub.
    Qəza nəticəsində həlak olan şəxs Masazır qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Qarayev Əfqan Teyfur oğludur.
     *** 03:41
    Abşeron rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
    Hadisə Bakı-Sumqayıt şossesində qeydə alınıb.
    Belə ki, şossenin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində "Vaz 21015" markalı minik avtomobili yolu keçən orta yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

    Muxalifet - 4-08-2017

  16. Goranboyda 45 yaşlı kişi bıçaqlanıb

     Hadisə rayonun Yeni kənd ərazisindən baş verib
     
    Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Hadisə rayonun Yenikənd kəndi ərazisindən baş verib.
    Kənd sakini, 1972-ci il təvəllüdlü Şahin Əmiraslan oğlu Rzayev hələki bilinməyən mübahisə zəminində bıçaqlanıb. O, Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı Goranboy rayon Polis Şöbəsindən araşdırmalara başlanılıb.

    Muxalifet - 4-08-2017

  17. Senat Trampa qadağa qoydu

    ABŞ Senatı ötən gün sentyabradək tətilə yollanıb.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, tətilə getməzdən əvvəl Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.
     Məlumata görə, qərar yekdilliklə (100 səs) qəbul edilib. Senat avqust ayı ərzində hər biri bir neçə dəqiqə davam edəcək  9 formal sessiya keçirəcək. 
     Qeyd edək ki, ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.   

    Muxalifet - 4-08-2017

  18. Aİ Şurasının rəhbəri 8 saat Prokurorluqda dindirilib

    Aİ Şurasının rəhbəri Donald Tusk Polşanın Baş Prokurorluğunda 8 saatdan çox dindirilib.
     
     “RİA Novosti” verdiyi xəbərə görə, D.Tusk, Polşa prezidenti Lex Kaçinskinin də 2010-cu ildə həlak olduğu  Smolensk aviaqəzasının qurbanlarının ekspertizası zamanı yol verilmiş pozuntularla bağlı prokurorluğa ifadə verməyə çağırılıb. 
     Şahid qismində dindirilmiş Aİ Şurasının rəhbəri prokurorluğun binasına ötən gün yerli vaxtla 10.00-da (Bakı vaxtı ilə 12.00) daxil olub və 18.00-dan sonra (Bakı vaxtı ilə 20.00-dan sonra) prokurorluğu tərk edib.

    Muxalifet - 4-08-2017

  19. ABŞ 2018-ci ildə NATO-da 11 irimiqyaslı təlim keçirəcək

    Vaşinqton  2018-ci ildə NATO çərçivəsində 11 irimiqyaslı təlim keçirməyi planlaşdırır.
     
     “RİA Novosti” verdiyi xəbərə görə, bu barədə  Avropadakı təlimlərdə ABŞ Silahlı Qüvvələrinin komandanı general Con Xili bildirib.  
     Məlumata görə, manevrlərin İslandiya, Böyük Britaniya, Baltikyanı və Finlandiyada keçirilməsi planlaşdırılır.  Qlobal təlimlərdə Hərbi-Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri və quru qoşunların iştirakı nəzərdə tutulub.

    Muxalifet - 4-08-2017

  20. Tramp Putinlə danışmaq istəmir – Hələlik

    ABŞ prezidenti Donald Tramp hələlik rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində deyil.
     
    Bu barədə “RİA Novosti”yə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
     Qeyd edək ki, D.Tramp ötən gün  Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib. Qanun sanksiyaların ləğvinə dair prezidentin səlahiyyətlərini məhdudlaşdırır və bu məsələlərdə yekun qərarı Konqresə həvalə edir.   

    Muxalifet - 4-08-2017

Pages