Axtarış

The search found 105783 results in 0.017 seconds.

Search results

  1. ​Ayaz Mütəllibov Surət Hüseynovu müdafiə etdi

    Son günlərdə mətbuata verdiyi müsahibələri və sosial şəbəkələrdə yayılan fotoları ilə gündəmə gələn sabiq baş nazir Surət Hüseynov qalmqallı fikirləri ilə səs-küyə səbəb olub.
     
    Ölkə.az-a müsahibədə əsas diqqətçəkən məqam S.Hüseynovun 1992-93-cü illərdə mövcud olmuş AXC-Müsavat hakimiyyəti barədəd söylədikləridir. O, AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxsləri ən ağır formada ittiham və təhqir edib, hətta özünün iddiasına görə, “azad etdiyi Azərbaycan torpaqları AXC-Müsavat iqtidarı tərəfindən ermənilərə satılıb”.
     

    Muxalifet3 - 3-08-2017

  2. ​Rusiyada 160 hərbçi arasında dava: 14 nəfər bıçaqlandı

    Rusiyanın Sverdlovsk vilayətində Tuvadan olan müqaviləli 60 hərbçi ilə yerli qarnizonun yüz əsgəri arasında baş verən dava nəticəsində 14 nəfər bıçaq yarası alıb.
     
    “Report” xəbər verir ki, hadisə Sverdlovsk vilayətindəki Yelan 473-cü kiçik hərbi mütəxəssislərin təlim mərkəzində, 31612 saylı hərbi hissədə baş verib.

    Muxalifet3 - 3-08-2017

  3. Polis mayorunun bıçaqlandığı kütləvi davaya görə həbs edilənlərə hökm oxunub

    Bakıda baş verən kütləvi davada polis mayorunu və dostlarını bıçaqlamaqda təqsirləndiriləm şəxsin və onun tanışının məhkəmə prosesi başa çatıb.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərrəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Ə.Həsənov 14 il 6 ay müddətinə, Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet3 - 3-08-2017

  4. ​İranla Ermənistan arasında razılaşma təsdiqləndi

    İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu deputat Zəhra Saey bildirib.
    Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: “Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır ”.

    Muxalifet3 - 3-08-2017

  5. ​Bakıda sərnişin avtobusa qoyunla mindi - FOTO

    Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.
     
    Muxalifet.az PressClub.Az-a istinadən bildirir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: "Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyun ilə daxil oldu. Yol boyu qoyun yeri batırıb və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildiriblər ki, a kişi bu nədi? O da cavab verib qoyundu da burda nə var ki?!"

    Muxalifet3 - 3-08-2017

  6. ​Gürcüstan hakimiyyətinin boz kardinalı: “ABŞ Saakaşvilidən ikinci Fətullah Gülən düzəltmək istəyir”

    “Saakaşvilidən biz Gürcüstan modeli Gülən əldə edə bilərik, lakin Güləndən fərqli olaraq, o fəaldır və dəqiq sakitləşməyəcək”, - virtualaz.org “Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, bunu gürcüstanlı jurnalistlərə müsahibəsində Mixail Saakaşvilinin ABŞ vətəndaşlığı ala bilmə ehtimalını şərh edərkən Gürcüstan hakimiyyətinin boz kardinallarından biri Giya Xuxuaşvili deyib.

    Muxalifet3 - 3-08-2017

  7. Rusiyalı tarixçi-alim İstintaq Komitəsinə çağırıldı - ERMƏNİLƏRİN İDDİASI ƏSASINDA

    Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia ilə bağlı İstintaq Komitəsinə çağırılıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə apa-nın Moskva müxbirinə Oleq Kuznetsov məlumat verib.

    Muxalifet3 - 3-08-2017

  8. VHP-nin qurultayı ertələnib

    Samir Əsədli: Sabir Rüstəmxanlı namizədliyini irəli sürməyəcəksə, namizədliyimi irəli sürəcəm
     
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı 2017-ci ilin sonunda keçiriləcək.
    Bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

    Muxalifet - 3-08-2017

  9. Kür çayında 17 yaşlı yeniyetmə boğulub

    Çayda meyitin axtarışı davam etdirilir
     
    Kür çayında 17 yaşlı yeniyetmə boğulub.
    Hadisə Sabirabadla Şirvan şəhərini birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb. Burada Şirvan şəhər sakini, 17 yaşlı Ağamurad Hidayət oğlu Bayramov çayda çimərkən suda bataraq boğulub. Hadisə yerinə dalğıc-xilasedicilər cəlb edilib. Çayda meyitin axtarışı davam etdirilir.

    Muxalifet - 3-08-2017

  10. "SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib

    Vakansiyalar üzrə son müraciət tarixi avqustun 31-dir
     
    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Polymer" MMC 13 vəzifə üzrə vakansiyalar elan edib.

    Muxalifet - 3-08-2017

  11. Lapşinin ekstradisiya ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib

    Biz hazırda cavab gözləyirik
     
    Blogger Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq üçün yazdığı ərizəsi Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilib.
    Bu barədə onun vəkili Eduard Çernin məlumat verib.
    Vəkilin sözlərinə görə, A.Lapşinin İsrailə təhvil verilməsi ilə bağlı yazdığı ərizəsi hazırda saxlanıldığı Bakı İstintaq Təcridxananın rəisinə verilib: "Bu yaxınlarda müvəkkilimin ərizəsi Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilib. Lakin bizə nazirlikdən hələ ki bununla bağlı cavab gəlməyib. Biz hazırda cavab gözləyirik".

    Muxalifet - 3-08-2017

  12. Lənkəranda 6 günlük körpənin öldürülməsində yeni detallar - TƏFƏRRÜAT

    Atifə Nurullayeva: “İynələri və sancaqları körpənin bədəninə sancdım”
     
    Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub.
    Hadisədən bir neçə saat əvvəl qadınlar altıaxşam (ritual: ad qoyma) mərasimi keçirirmişlər.

    Muxalifet - 3-08-2017

  13. Əfqan Muxtarlının mobil telefonundakı məlumatlar qanunsuz olaraq əldə edilib -Vəkil

    Avqustun 2-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkərti həyata keçirilib.
     
    Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsindəki video müraciətində qeyd edib.
    Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib, həmçinin, sərhəddə cibinə 10 min avro pul qoyulub.

    Muxalifet - 3-08-2017

  14. İlin sonunda valyuta bazarında gərginlik gözləyirik - Qubad İbadoğlu

    İqtisad elmləri doktoru Amerikanın Səsinə müsahibəsində iqtisadiyyat və maliyyə bazarından danışıb
     
    İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində ölkə iqtisadiyyatında və maliyyə bazarında son durumdan danışıb.
    Amerikanın Səsi: Ölkə iqtisadiyyatında hazırda tendensiya necədir? Höklumət iqtisadiyyatın inkişaf etdiyini bildirsə də müxalifət iqtisadiyyatın çöküşündən danışır. Siz necə düşünürsünüz?
     

    Muxalifet - 3-08-2017

  15. Boksçu Vladimir Kliçko idmanı tərk edir


    Boksçu Vladimir Kliçko rinqdə
     
    Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib.
     
    O, bunu rəsmi bəyanatında bildirib.
    "Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm", - Kliçko bəyanatında qeyd edib.

    Muxalifet - 3-08-2017

  16. ABŞ sanksiyalarından sonra rubl zəifləyib

     
    Rubl və neft ucuzlaşır
     
    Prezident Donald Trump tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların imzalanması fonunda rubl zəifləməkdədir.
     
    Cümə axşamı günü səhər saatlarında Moscow Exchange birjasında 40 sent bahalaşan dollar 60.75 rubla satılıb.

    Muxalifet - 3-08-2017

  17. “Heykəl məhbusları”nın doğum günündə fləşmob keçirilib

    Avqustun 3-də Amnesty İnternational təşkilatının vicdan məhbusu kimi tanıdığı NİDA Vətəndaş Hərəkatının fəalları Qiyas İbrahimov və İlkin Rüstəmzadənin doğum günüdür.
     
    Bir qrup fəal bu məhbusların doğum günü münasibətilə Qiyas İbrahimovun evinin qarşısında fləşmob keçirməklə onları təbrik edib.
    Eyni zamanda hüquq müdafiəçisi Xədicə İsmayıl İlkin Rüstəmzadənin həbsxanadan ünvanladığı məktubunu Facebook səhifəsində yayıb.
    Məktubu təqdim edirik:

    Muxalifet - 3-08-2017

  18. Azərbaycan bütün qızıl ehtiyatını satıb

    Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.
     
    Toplum Tv  xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.
    Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.

    Muxalifet - 3-08-2017

  19. Təyyarə çimərliyə endi - Ölənlər var

    Portuqaliyanın Kosta-de-Kaprika çimərliyində yüngülmühərrikli təyyarənin məcburi eniş etməsi faciə ilə nəticələnib.
     
    Eniş zamanı təyyarə çimərlikdə olan 56 yaşlı şəxs və onun 8 yaşlı qızını vurub. Hadisə nəticəsində onlar həlak olub.
    Daha bir qadın isə xəsarətlər alıb.
    Təyyarə yaxınlıqdajı aerodromdan havaya qalxdıqdan beş dəqiqə sonra mühərrikində problemlər yaranıb və pilot çimərliyə eniş etməyi qərara alıb.

    Muxalifet - 3-08-2017

  20. ABŞ prezidentindən Konqresə ittiham — "Rusiya ilə münasibətləri korladınız"

    Amerika prezidenti Donald Tramp Konqresi ittiham edib.
     
    Qanunverici orqan Rusiya-ABŞ münasibətlərinin korlanmasında ittiham edilir. ABŞ prezidenti Tvitter səhifəsində bu barədə məlumat verib.
    ABŞ lideri yazıb: "Rusiya ilə münasibətlərimiz çox aşağı və təhlükəli səviyyədədir. Konqresə təşəkkür edə bilərsiniz. Bu adamlar bizə adi tibbi xidmət göstərə bilmirlər".

    Muxalifet - 3-08-2017

Pages