AŞPA-da Azərbaycanda demokratik institutlar müzakirə olunacaq
4-08-2017 12:39

Sentyabrın 7-də AŞPA-nın Monitorinq komitəsinin iclasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsi müzakirə olunacaq.
AŞPA saytının verdiyi məlumata görə, Parisdə keçiriləcək iclasda Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsi təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq.