Axtarış
The search found 105783 results in 0.019 seconds.
Search results
Lavrov və Tillerson sanksiya sonrası durumu danışıblar
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson telefon danışığı zamanı ili ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.
“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.Muxalifet - 4-08-2017
37 yaşlı kişi dəm qazından ÖLDÜ – LƏNKƏRANDA
Lənkəranda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə Qurumba kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Kərim Miriyev hamamda çimərkən ölüb. Hadisəyə dəm qazının səbəb olduğu bildirilir. Onun meyiti Lənkəran morquna aparılıb.
Fakt araşdırılır.Muxalifet - 4-08-2017
Neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,20% azalaraq 48,93 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,17% azalaraq 51,92 dollar olub.Muxalifet - 4-08-2017
BAKIDA DƏHŞƏT: Qardaş qardaşı qətlə yetirdi
Qətli törədən şəxs daha sonra hadisə yerindən qaçıb
Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21, mənzil 5-də baş verib.
Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.
Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.Muxalifet - 4-08-2017
“Elçibəyi öldürməyə xüsusi qrup gəlmişdi...” – MÜHAFİZƏ RƏİSİ
Mən Surət Hüseynovun müsahibəsində dedikləri, irəli sürdüyü iddia və ittihamlar ilə tanış olmuşam. Ancaq bu fikirlərində məntiqə uyğun heç nə görmədim.
Surət Hüseynov ümumi şəkildə deyir ki, mən torpaqları geri alırdım, ancaq AXC hakimiyyəti qoymadı. Əgər torpaqları almaq istəyirdinsə, alardın. Kim sənin qarşına sədd çəkmişdi, imkan vermirdi ki, torpaqları işğaldan təmizləyəsən? Konkret danışmaq lazımdır. İndi hamı ağlına gələni danışır.Muxalifet - 4-08-2017
Tanınmış hüquqşünaslardan qarşılıqlı ittihamlar
Ölkənin tanınmış iki hüquqşünası arasında qarşıdurma başlayıb. Söhbət hüquqşünas Ənnağı Hacıbəyli və həmkarı Aslan İsmayılov arasında müşahidə edilən söz davasından gedir. Tərəflər bir-birini ittiham edir və ikiüzlülükdə günahlandırır.
Hər iki hüquqşünas bir-birinə qarşı mövqelərini Feysbuk sosial şəbəkəsində ifadə edib."Bu qədər iyrənc formada olduğunu ağlıma gətirməzdim”
Muxalifet - 4-08-2017
Azərbaycan-Türkiyə ittifaqı – ERMƏNİSTANIN QORXULU RÖYASI
Bölgəmiz ətrafında cərəyan edən proseslər daha maraqlı, eyni zamanda təhlükəli bir məcraya adlayıb. Xüsusən də ABŞ-Rusiya münasibətlərinin kritik həddə yaxınlaşması öz təsirlərini Cənubi Qafqazdakı situasiyaya da göstərməkdədir.
Muxalifet - 4-08-2017
Türkiyə və Qətər ordusu birgə HƏRƏKƏTƏ KEÇİR
Türkiyə bu dəfə Qətərə hərbi yardım göstərmək məqsədilə dəniz donanması göndərib.
İki ölkə birlikdə 6-7 avqust tarixlərində ortaq sınaqlar həyata keçirəcək.
Bu barədə Qətərin Müdafiə Nazirliyindən məlumat verilib. Qətər Əmirliyi Dəniz Qüvvələri komandiri Tuğamiral Məhəmməd ibn Nasir əl Məhənnədi Dohanın şərqindəki Həmid limanında yerləşdirilən Türkiyə nümayəndəsi ilə görüş keçirib. Görüşdə sınaqlarda istifadə ediləcək texnolji vasitələr və silahlanma texnikaları müzakirə edilib.
Türkiyə ortaq sınaqlara 214 nəfərlik heyətlə qatılacaq./publika.azMuxalifet - 4-08-2017
Ermənilər daha bir tarixi abidəmizi dağıdır - FOTO
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işlər aparır.
"Report" xəbər verir ki, işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.
Qazıntı işlərinin Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.Muxalifet - 4-08-2017
2 gün əvvəl qəzaya düşən polislərdən biri vəfat etdi - LƏNKƏRANDA
Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə gətirilib
Lənkəranda iki gün əvvəl baş verən qəzada xəsarət alan polis əməkdaşlarından biri dünyasını dəyişib.
Dünyasını dəyişən 1988-ci il təvəllüdlü Niftiyev Fərrux Minəxan oğludur.
Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə gətirilib.Muxalifet - 4-08-2017
Bank sektorunun mənfəəti 52% azalıb
2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb.
Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.
Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.Muxalifet - 4-08-2017
İslam Kərimovu qəbrində xəncərlədilər: Brutun Qızılqum çöllərində DOĞULUŞU
Brutun Sezarı xəncərləməsi ilə dünyanın siyasi tarixində “xain ən yaxınımızdadır” aksiomasının əsası qoyuldu. Sezarın yüksəlişində ən yaxın dostu Brutun müəyyən rolu olmuşdu, amma Brutun yüksəlişi birbaşa Sezardan asılı idi. Dahi romalını taxtının yanında əyləşənlər öldürdü.
Sezarın qanına bulaşmış xəncər bu gün Qızılqum çöllərində yenidən peyda olur. Ölümündən sonra patriarxı qəbrində xəncərləyirlər.Muxalifet2 - 4-08-2017
“Gelandewagen”in törətdiyi qəza nəticəsində ölənlərin adları açıqlanıb
Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.Muxalifet - 4-08-2017
Yol polisindən sürücüyə: "102 kimdir, burada əmri mən verirəm" - VİDEO
Cavadzadə Murad Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir.
Muxalifet.az avtosfer.az-a stinadən xəbər verir ki, 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan "Seat" markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Sürücü isə cəriməni yerində ödəməyə hazır olduğunu bildirib.Muxalifet2 - 4-08-2017
BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verib
Stefan Dyüjarrik: “O, Kipr səfərindən qayıtdıqdan sonra vətəni Norveçə dönəcək”
BMT baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart istefa verib.
TASS xəbər verir ki, o, bu addımı Şimali Kirp Türk Respublikası ilə yunan Kiprin nümayəndələri arasında münaqişənin tənzimlənməsinə dair İsveçrənin Kran-Montana şəhərində keçirilən danışıqların uğursuzluqla bitməsindən sonra atıb.
Xüsusi nümayəndə bildirib ki, adanın siyasi cəhətdən birləşməsinə nail ola bilmədiyinə görə vəzifəsində qalmaq istəmir.Muxalifet - 4-08-2017
Cocuq Mərcanlı toxucuları “Azərxalça”da işlə təmin olunacaqlar
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.
Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub.Muxalifet - 4-08-2017
ƏLİ HƏSƏNOVUN NƏVƏSİ AĞIR YARALIDIR – Ötən ay toyu olub, generalın kürəkənidir! – VİDEO
Ötən gecə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın bəzi təfərrüatları bəlli olub. PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu bildirilir.
Muxalifet2 - 4-08-2017
Prezident Qaxda müşavirə keçirir
Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.Muxalifet - 4-08-2017
“Saakaşvilini yoxa çıxarmağa çalışırlar” - AZƏR SÜLEYMANOV
“Sakaşvili həm Ukrayna, həm də Gürcüstan üçün başağrısıdır”
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi günlərdir müzakirələrə səbəb olub. Məsələn, iddia olunur ki, Mixail Saakaşvilinin Ukraynadan çıxarılması ABŞ-ın növbəti taktikası ola bilər və mümkündür ki, yaxın gələcəkdə onu yenidən Gürcüstan hakimiyyətinin başına gətirsinlər.Muxalifet - 4-08-2017
Hüquqşünasın polis qardaşını öldürməsi ilə bağlı bəzi TƏFƏRRÜAT
Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşını bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Murad oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.Muxalifet - 4-08-2017