Axtarış
The search found 105783 results in 0.012 seconds.
Search results
Xamenei Ruhanini İran prezidenti postuna təsdiq etdi
İranın ali lideri Ayatolla Əli Xamenei Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq edib.
Prezident Həsən Ruhaninin inauqurasiyası avqustun 5-də parlamentin binasında baş tutacaq.
Qeyd edək ki, özünün seçkiöncəsi kampaniyasında 68 yaşlı Həsən Ruhani daha azad cəmiyyət formalaşdıracağını və ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıracağını vəd etmişdi./trendMuxalifet - 3-08-2017
Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb – Putinə “xoş gəldin” mesajı
Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.Muxalifet - 3-08-2017
Bakıda 48 yaşlı kişi özünü binadan atıb
Bakıda intihara cəhd olub.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. M.Cəlal küçəsi 36 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Barat Mehdiqulu oğlu Mahmudov yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. Nəticədə o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 3-08-2017
“Kaş ki, ölüm hökmü olaydı…” - Qənirə Paşayevadan Naxçıvandakı hadisəyə REAKSİYA
Ötən gün Naxçıvanda gənc oğlanın 4 yaşlı körpəni zorlaması millət vəkili Qənirə Paşayeva tərəfindən sərt reaksiya ilə qarşılanıb. O, bu cür cinayətkarların ölüm hökmünə layiq olduğunu bildirib:
“Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir, vəssalam...
Muxalifet3 - 3-08-2017
RUSİYA POLŞAYA HÜCUM PLANINI MƏŞQ EDƏCƏK! – “Təlimlər qəfil hücuma çevrilə bilər!”
Rusiya “Qərb-2017” təlimlərində nə göstərəcək?
Amerikan ordusunun Avropadakı komandanı Ben Hoces Rusiyanın Belarus ilə birlikdə sentyabr ayında keçirəcəyi “Qərb-2017” təlimləri ilə bağlı öz narahatlığını bildirib. O deyib ki, bu təlimlər Rusiyanın həyata keçirdiyi digər hərbi əməliyyatlardan diqqəti kənara çəkən “Troya atı” ola bilər.
Muxalifet3 - 3-08-2017
Məktəbdəki kompüterləri söküb oğurluq etdi
Bakıda orta məktəblərdən birində oğurluq hadisəsi baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüterin prosessorunun platalarını sökərək oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub.
Daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.Muxalifet3 - 3-08-2017
Taleh Bağırov və Fuad Qəhrəmanlı ilə bağlı YENİ ADDIM
Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatı
Muxalifet3 - 3-08-2017
Azərbaycan “MiQ-29” qırıcılarını havaya qaldırır
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Muxalifet.az bildirir ki, xəbəri Azərbaycan Müdafiə Nazirliyinin saytı yayıb.
Bildirilir ki, müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd “MiQ-29” təyyarəsi cəlb olunacaq.Muxalifet3 - 3-08-2017
“BİZİM HAKİMİYYƏTDƏKİ BÜTÜN İNSANLAR OĞURLAYIRLAR” - Prezidentin nəvəsi
“Babam öləndə konteynerlərlə nəğd pulu çıxarıblar”
Gülnarə Karimovanın oğlu: “Anama şər atıblar, heç bir dəlil yoxdur”Muxalifet2 - 3-08-2017
Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı
Avropa İttifaqı (Aİ) regionların inkişafı vasitəsilə iqtisadiyyatın diversifikasiyasını dəstəkləmək məqsədilə Azərbaycana yeni yardım paketi ayrılması barədə qərar qəbul edib.
Muxalifet.az Aİ-nin Mətbuat xidmətinə istinadən bildirir ki, 13,5 milyon avro büdcəyə malik yardım proqramı Azərbaycanın Lənkəran iqtisadi rayonunun inkişafına xərclənəcək.
Aİ-nin proqramı regionun meyvə-tərəvəz sənayesində rəqabət qabiliyyətinin və məhsulların reallaşmasından əldə olunan mənfəətin artırılmasına yönəlib.Muxalifet3 - 3-08-2017
Ermənistan ordusunda insident: yatdığı yerdə üzərinə qaynar su tökdü
Azərbaycanın işğal olunmuş Ağdərə bölgəsində yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib.
Muxalifet3 - 3-08-2017
Sabah hava çox isti olacaq
Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olması gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 4-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.Muxalifet3 - 3-08-2017
Bakıda Gürcüstan vətəndaşından 5 kiloqrama yaxın narkotik götürüldü - FOTOLAR
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Gürcüstan vətəndaşı Maksime Kobuladze saxlanılıb.Muxalifet3 - 3-08-2017
DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə XƏBƏRDARLIQ
Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan “İnstagram” və “Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzVision.az-a bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.Muxalifet3 - 3-08-2017
Suriya müxalifəti və Rusiya razılığa gəldi – Bu gündən etibarən silahlar susacaq
Suriya ərazisində dörd atəşkəs zonası yaradılacaq.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.Muxalifet3 - 3-08-2017
Yol polisinə "sən bilirsən, mən kimin gəliniyəm?" deyən qadın danışdı: "İntihar etmək istədim" - VİDEO
Muxalifet.az xəbər verir ki, Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.
DYP-nin yayımladığı görüntülərdən sonra AZXEBER.COM-la əlaqə saxlayan Fatma Talıbova hadisənin baş vermə anından danışıb. O, hadisənin baş verdiyi ərazidə olanlarla bağlı əməkdaşlarımızla söhbətləşib. Xanım sürücü yol polisinin onu bilərək və qərəzli şəkildə saxladığını, iddia olunduğundan fərqli olaraq kəmər taxdığını deyib.Muxalifet3 - 3-08-2017
7 ağac kəsdi, 2890 manat cərimələndi - VİDEO
Zaqatalada qanunsuz ağac kəsən şəxs cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub.Muxalifet3 - 3-08-2017
19 yaşlı tələbə çayda boğularaq öldü - QAZAXDA / VIDEO
Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub.
“ARB TV” xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi, Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Qazax rayon filialına təhvil verilib. Daha sonra cəsəd ailəsinə təqdim olunub.
Murad Muradovla birgə batmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.Muxalifet3 - 3-08-2017
Zidanın oğlu "Real"ın əsas komandasında
"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan əsas komandada debüt edib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı qolkiper MLS-in ulduzları yığmasına qarşı yoxlama matçında oynayıb. O, 72-ci dəqiqədə Ruben Yanesi əvəzləyib.
Qeyd edək ki, L.Zidan yeni mövsümdən Madrid klubunun 3-cü qapıçısı olacaq.
Əlavə edək ki, MLS-in ulduzları yığmasına qarşı matçda "Real" penaltilər seriyasında 4:2 hesabı ilə (əsas vaxt - 1:1) qalib gəlib.Muxalifet3 - 3-08-2017
Lənkəranda 6 günlük körpəni quyuya doğma nənəsi atıbmış
Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, körpənin nənəsi Valiyə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.
V.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. "Buna görə də, qızı öldürdüm", - V.Nurullayeva ifadəsində bildirib.Muxalifet3 - 3-08-2017