VHP-nin qurultayı ertələnib

Samir Əsədli: Sabir Rüstəmxanlı namizədliyini irəli sürməyəcəksə, namizədliyimi irəli sürəcəm
 
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı 2017-ci ilin sonunda keçiriləcək.
Bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.
O bildirib ki, bu ilin sentyabrın 26-da partiyanın 25 illiyi ilə bağlı tədbir olacaq: "Qurultayı da həmin tarixdə keçirməyi planlaşdırırdıq. Amma Bakının rayonları üzrə konfranslar başa çatmayıb. Ona görə də sentyabrın 26-da qurultayı keçirə bilməyəcəyik. Qurultayın tez bir zamanda keçirilməsinə çalışırıq. Çox güman ki, ilin sonunda keçiriləcək".
S.Əsədli qeyd edib ki, qurultayda partiyanın hazırki sədri Sabir Rüstəmxanlı namizədliyini irəli sürməyəcəksə, partiya sədrliyinə o özü namizəd olacaq.