19 yaşlı tələbə çayda boğularaq öldü - QAZAXDA / VIDEO
3-08-2017 14:37
Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub.
“ARB TV” xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi, Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Qazax rayon filialına təhvil verilib. Daha sonra cəsəd ailəsinə təqdim olunub.
Murad Muradovla birgə batmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.