Daha 4 ölkə Moskvaya qarşı sanksiyaları uzatdı

Avropa Birliyindən sonra daha dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
 
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib.
O, sanksiyaları uzadan ölkələrin Monteneqro, Albaniya, Norveç və Ukrayna olduğunu bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar gələn ilin 31 yanvarına qədər uzadılıb.