Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı

ABŞ Prezidenti Donald Tramp Rusiyaya yeni sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
 
Blumberq xəbər verir ki, Ağ Ev sözçüsü də Trampın layihəni imzaladığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Senatı Rusiyaya sanksiya qanununu hazırlayıb təsdiqləmək üçün Trampa göndərib.