Erməni zabit yaralandı

Ermənistan ordusunun leytenantı Armen Nazluxanyan güllə yarası alıb.
 
Hadisə səhər saatlarında İcevan rayonunda baş verib.
Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.
Onun sözlərinə görə, yaralı zabit müalicə üçün İcevandan İrəvana gətirilib. Nazluxanyanın vəziyyətinin ağır olduğu bildirilib.