Erməni əsgəri güllələndi
1-08-2017 14:27
Ermənistan Ordusunun hərbçisi yaralanıb. Hadisə bu gün, avqustin 1-də İcevanda baş verib.
Ermənistan mətbuatı xəbər verir ki, müqavilə əsasında xidmət edən hərbçi Armen Mazlaxanyan güllə yarası alıb.
Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
O bildirib ki, əsgər İcevandakı tibb mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.