Şəkidə MEŞƏ YANIR

Şəki rayonunda yanğın hadisəsi baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, ilkin məlumata əsasən, Şəki rayonu, Biləcik kəndində meşə zolağında kol-kos və quru ot yanır.
 Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək./apa