Gürcüstan: Saakaşvili ekstradasiya olunacaq

Gürcüstanın hazırkı hökuməti eks-prezident Mixail Saakaşvilinin Ukraynaya döndükdən sonra ekstradisiya ediləcəyini açıqlayıb.
 
Bu sözləri Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani deyib.
Onun sözlərinə görə, Saakaşvili Ukraynaya dönən kimi Kiyevlə Tiflis arasında danışıqlar başlanacaq:
"2014-2015-ci illərdə Tiflis Saakaşvilinin ekstradisiyasını tələb etdi. O, parlamentin deputatına xəsarət yetirməkdə, 4 milyon dollar oğurlamaqda, 2007-ci ilin noyabrında dinc aksiyanı dağıtmaqda və "İmedi" telekompaniyasına hücumda ittiham olunur. Həmin vaxt Kiyev ekstradisiyadan imtina etmişdi".
Qeyd edək ki, Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Hazırda o, ABŞ-dadır./teleqraf.com