Avtobuslarda da gediş haqları artırılacaq? - BAKI NƏQLİYYAT AGENTLİYİNDƏN AÇIQLAMA

Baxış sayı:
2327

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".