Axtarış

The search found 105785 results in 0.133 seconds.

Search results

  1. Azadlığa çıxan rabitəçilərdən - AÇIQLAMA/FOTO

    "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov və T"əmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev azadlığa çıxıblar.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında hər iki şəxs jurnalistlərə açıqlamasında məhkəmənin çıxardığı qərarı ədalətli hesab etdiklərini bildiriblər.
    Məlumata görə, bu gün keçirilən prosesdə Oqtay Rüstəmova 5 il 6 ay, Səhrab Hümbıtova 5 il 6 ay, Cəlil Cəfərova 5 il 5 ay, Bayram Vəliyevə 5 il 5 ay şərti cəza təyin edilib. Onlar məhkəm zalından azadlığa buraxılıb.

    Muxalifet - 27-07-2017

  2. Şəhidin medalı ailəsinə təqdim olunub

    Bu ilin iyun ayında Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.
     

    Muxalifet - 27-07-2017

  3. Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”

    Bu il iyunun 1-də Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər gerçəkləşdirildi, bəzi kadr islahatları həyata keçirildi.
     
    Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında bir sıra vəzifəli şəxslər işdən azad edildi ki, onlardan biri də  uzun illər Humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışan Fatma Abdullazadə oldu.
    F.Abdullazadə işdən çıxarılandan sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boş qalır və bura yeni təyinat gerçəkləşməyib.

    Muxalifet - 27-07-2017

  4. “Bank Standard”ın müflis olmasında iştirak edənlər bu gün də banklarda rəhbər vəzifədədirlər” - Əkrəm Həsənov

    Ləğvetmə prosesində olan “Bank Standard” QSC-yə kredit borcu olanlarla bağlı məhkəmələrdə 200 mln. manatlıq iddia qaldırılıb
     
    "Ləğvetmə prosesində olan “Bank Standard” QSC-yə kredit borcu olanlarla bağlı məhkəmələrdə 200 mln. manatlıq iddia qaldırılıb".
    Bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.

    Muxalifet - 27-07-2017

  5. Sərdar Cəlaloğlu: “Onları xaric fəallaşdırıb”

    Sabiq müdafiə naziri Rəhim Qazıyevin mətbuata son açıqlamaları düşərgəsində canlanma yaradıb.
     
    Sabiq nazir Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Sülhəddin Əkbəri, habelə Aqil Səmədbəyli və digər şəxsləri hədəf alaraq ciddi tənqid edib.
    Bundan az sonra hüquqşünas Aslan İsmayılov Rəhim Qazıyevin, Rəsul Quliyevin və digərlərinin xarici təsirlər səbəbindən danışdığı və fəallaşdığını iddia edib. O, əlavə edib ki, Rəhim Qazıyevin, Rəsul Quliyevin və digrələrinin fəallaşması başqa ölkələrin sifarişindən irəli gəlir.

    Muxalifet - 27-07-2017

  6. Erməni gənc Marutyanın maşınına arvadı haqda “xoş sözlər” yazıb

    İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə vətəndaşlar arasında toqquşma baş verib.
     
    Ermənistan mediası xəbər verir ki, keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22 yaşlı Qrant Avetisyanı döyüb.
    Məlumata görə, problem Marutyanın avtomobili ilə Avetisyanın avtomobilinin toqquşmasından sonra başlanıb. Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobillər də ciddi zərər görməyib.

    Muxalifet - 27-07-2017

  7. Medvedev Saakaşvili haqda yazdı...

    Rusiyanın Baş naziri Dmitri Medvedyev Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi məsələsinə münasibət bildirib.
     
    Baş nazir bu barədə rəsmi Feysbuk hesabında yazıb.

    Muxalifet - 27-07-2017

  8. Poroşenkonun “Saakaşvili” riyakarlığı - Mişa vətəndaşlığını qaytara biləcəkmi..

    Ukraynada "Yeni qüvvələrin əli" partiyasını yaradan Saakaşvili ölkəni Poroşenkodan "almağı" vəd etmişdi
     
    Gürcüstanın sabiq prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko qarşı mübarizəni davam etdirmək üçün öz Ukrayna vətəndaşlığını bərpa etmək və Kiyevə qayıtmaq istəyir.
    Ukrayna prezidenti Petro Poroşenko ötən gün onun ölkə vətəndaşlığından məhrum edilməsi barədə sərəncam imzalayıb.

    Muxalifet - 27-07-2017

  9. "ÖZÜMÜZÜ ALDATMAYAQ, NƏTİCƏ SIFIRDIR" - Politoloq

    24 ildir beynəlxalq aləmdən eyni şeyi tələb edirik, düşmənə təzyiq göstərmələrini istəyirik, amma faydası yoxdur
     
    “Hər gün, hər həftə torpaqlarımızı metr-metr düşmən tapdağından azad etməliyik. Yalnız ondan sonra Ermənistan və onun havadarları danışıqlar masasına otura bilər”

    Muxalifet - 27-07-2017

  10. Britaniya Avropa Birliyi ilə sərhədlərini bağlayacaq

    Bu üsulla Breksitdən sonra miqrant axınını nizamlanacaq
     
    Miqrantların Avropa Birliyindən Britaniyaya girişini məhdudlaşdıracaq yeni immiqrasiya tədbirləri 2019-cu ilin martında qüvvəyə minəcək.
    Bu barədə Britaniyanın immiqrasiya naziri Brendon Lyuis məlumat verib.
    Onun sözlərinə görə, bu üsulla "Breksit"dən sonra miqrant axınını nizamlanacaq. Miqrasiya haqqında qanun isə 2018-ci ildə parlamentə təqdim olunacaq.

    Muxalifet - 28-07-2017

  11. Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

    Hadisəni törədən sürücü saxlanılıb
     
    Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var.
    Hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Muxalifet - 28-07-2017

  12. Taksi sürücüsü polislə mübahisə etdi, damarını kəsdi

    Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb
     
    Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.
    Hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Muxalifet - 28-07-2017

  13. ​ Sərxoş piyadanı yük avtomobili vurub - BAKIDA

    Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
     
    Bakıda sərxoş piyadanı yük avtomobili vurub
    Hadisə Sabunçu rayonunda qeydə alınıb.
    Belə ki, Kürdəxanı qəsəbəsində 1962-ci il təvəllüdlü Nuriyev Elxan İslam oğlu yolu keçərkən onu “Ford” markalı yük avtomobili vurub. Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
    Qeyd edək ki, E.Nuriyev sərxoş vəziyyətdə olub.

    Muxalifet - 28-07-2017

  14. "Qəbələ" "Panatinaikos"a uduzdu

    Qəbələnin baş məşqçisi start heyətində cəmi 2 yerli futbolçuya şans verib.
     
    "Qəbələ" komandası futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb. Rəqib Yunanıstan "Panatinaikos"u olub.
    Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 37-ci dəqiqədə İlqar Qurbanovun əllə olunundan sonra ispaniyalı referi Xuan Martines Munueranın təyin etdiyi penaltini Gilyermo Molins dəqiq yerinə yetirib.

    Muxalifet - 28-07-2017

  15. Bakıda arvad ərini bıçaqlayıb

    Onun vəziyyəti ağırdır
     
    Bakıda kişi öz həyat yoldaşı tərəfindən bıçaqlanıb.
    Hadisə Sabunçu rayonunda baş verib.
    Kürdəxanı qəsəbəsinin sakini 39 yaşlı Hüseynov Emin Əliqardaş oğlu həyat yoldaşı ilə mübahisə edib. Bu zaman həyat yoldaşı ona iki bıçaq xəsarəti yetirib.
    Yaralı 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  16. Venesuela prezidenti müxalifətə danışıqlar təklif edib

    Mən siyasi müxalifətə təklif edirəm ki, üsyan yolundan çəkinsinlər
     
    Venesuela prezidenti Nikolas Maduro müxalifətə danışıqlara başlamağı təklif edib.
    O, siyasi müxalifəti qarşıdan gələn 30 iyul seçkiləri ərəfəsində üsyan yolundan çəkinməyə çağırıb.
    "Mən siyasi müxalifətə təklif edirəm ki, üsyan yolundan çəkinsinlər", - o qeyd edib.

    Muxalifet - 28-07-2017

  17. 22 yaşlı oğlan araq içdi, komaya düşdü

    Koma vəziyyətində olan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib
     
    Tovuz sakini alkaqol içkidən zəhərlənib.
    Rayon sakini, 1995-ci il təvəllüdlü Yaşar İsmayıl oğlu İsmayılov alkaqollu içkidən zəhərlənərək xəstəxanaya aparılıb. Koma vəziyyətində olan gəncə həkimlər tərəfindən tibbi yardım göstərilib.
    Vəziyyəti orta-ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  18. Müştəri bərbəri döydü – BAKIDA

    Bakıda bərbər müştərisi tərəfindən döyülüb
     
    Hadisə Suraxanı rayonunda qeydə alınıb.
    Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  19. 3 uşaq anası dərman içərək özünü öldürmək istədi - TOVUZDA

    Hadisə rayonun Qovlar şəhərində baş verib
     
    Tovuz rayonunda qadın intihara cəhd edib.
    Hadisə rayonun Qovlar şəhərində baş verib. Tovuz rayon sakini, Abbasova Anarə Əlixan qızı yaşadığı evdə hələki bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
    İntihara cəhd edən qadın 1992-ci il təvəllüdlüdür. Onun üç uşağı var.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  20. Rusiya müdafiə nazirinin müavinini ABŞ-a səfir göndərir

    Rusiya XİN rəhbərinin müavini Anatoli Antonov ABŞ hakimiyyəti tərəfindən aqreman alıb.
     
    Bu barədə “İzvestiya”ya XİN-nin mərkəzi aparatındakı mənbə bildirib. 
     Məlumata görə, razılıq bir həftə əvvəl verilib. Hazırda A.Antonova ABŞ diplomatik vizasının verilməsi məsələsi həll edilməkdədir.
     Anatoli Antonov XİN-dəki təyinatından əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb./apa

    Muxalifet - 28-07-2017

Pages