Axtarış
The search found 105785 results in 0.095 seconds.
Search results
RUSİYA MEDİASI MƏXFİ SİRLƏRİMİZİ ƏLƏ KEÇİRMƏYƏ CƏHD EDİR
“Sputnik” İnformasiya Agentliyinin iki əməkdaşı Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında çəkiliş apararkən saxlanılıblar və...
Muxalifet2 - 25-07-2017
Poroşenko İvanişvili ilə məxfi görüşüb - SAAKAŞVİLİDƏN İDDİA
Ukrayna Prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə Batumidə məxfi görüş keçirib.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Görüşdə İvanişvili Poroşenkodan mənim Gürcüstana ekstradisiyamı istəyib. Onların məxfi görüşü iki saat davam edib və tamamilə mənə həsr olunub. İvanişvili Rusiyanın layihəsidir”, – Saakaşvili bildirib.Muxalifet - 25-07-2017
"BU, PREZİDENTƏ QARŞI SABOTAJDIR" – Baş redaktor
Vüqar Məmmədov: “Bizə qarşı olan munasibət nəinki pisdir, hətta deyərdim ki, düşmənçilik səviyyəsindədir”
“KİVDF-də bizə xəbərdarlıq olunacağı ilə bağlı məlumat var idi”Muxalifet2 - 25-07-2017
NAZİR MÜAVİNİNİN ADINDAN SUİ-İSTİFADƏ OLUNUR
Vilayət Eyvazovun 2 milyon dollarlıq qalmaqalda adını hallandıran Azad Fərzəlinin nə kimi marağı var?
Muxalifet2 - 25-07-2017
Tiflisdə Fərman Ceyranlının həbsinə etiraz - AKSİYA
İyulun 24-də Tbilisidə parlament binasının qarşısında “Lanset” klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsi ilə bağlı etiraz aksiyasi keçirilib.
Aksiyada Gürcüstanda yaşayan azərbaycanlılar və yerli media orqanları iştirak ediblər. Etirazçılar “Fərman Ceyranlıya azadlıq!”`, “Ədalətli məhkəmə!”, “Siyasi həbslərə yox”! sözləri yazılmış plakatlar qaldırıblar.
Gürcüstanda yaşayan siyasi fəal, TURAN TV-nin əməkdaşı Daşqın Ağalarlı bildirib ki, F. Ceyranlının vəkilindən qısa müsahibə götürüb.Muxalifet - 25-07-2017
Rusiya Gürcüstana müdaxilə etməyə hazırlaşır - TBİLİSİNİN HƏYƏCAN TƏBİLİ
Xəbər verdiyimiz kimi, Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ümumqoşun ordusunun hərbi hissələrində döyüş hazırlığı üzrə 7 günlük təlimlər keçirilir.
Təlimlərə 16 minə yaxın hərbi qulluqçu və 4 mindən çox silah və hərbi texnika cəlb olunub.
Gürcüstanın özündə isə rəsmi Tbilisinin nəzarəti altında olmayan ərazidə Rusiya ordusunun irimiqyaslı təlimləri ilə bağlı həyəcan təbili çalınır. Gürcüstanın rəsmi şəxsləri Rusiya ordusunun hərbi təlimlərini bütün region üçün təhlükə siqnalı adlandırıblar.Muxalifet2 - 25-07-2017
“İcra başçısı məni və ailə üzvlərimi həbslə təhdid edir” – LAÇINLI MƏCBURİ KÖÇKÜN AQİL NƏZƏRLİDƏN ŞİKAYƏT EDİR
Lacın Rayon Kalafalıq kəndindən məcburi köckün İbrahimov Alqulu Şavağat oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyeva müraciət edir. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Muxalifet2 - 25-07-2017
"Fərman Ceyranlı kimi şəxsləri dəstəkləməliyik" – Rəşid Hacılı
Rəşid Hacılı
Bu gün doktor Fərman Ceyranlının məhkəməsi oldu.
Tutulmazdan öncə onun haqqında hökumətaltı mediada yazılmış məqalədən, müxalifətə guya yardım edir kimi “ittihamlardan” belə nəticəyə gəlirlər ki, onun həbsində bizim hökumətin birbaşa rolu var. Həmin məqalədə adları çəkilən başqa şəxslərdən bir neçəsi Bakıda həbsdədirlər artıq. Gözəl Bayramlı, Əfqan Muxtarlı.
Yuxarıda söylənən versiyanın tam doğru olub-olmadığını bilmirəm.
Lakin əgər doğrudursa onda çox vacib bir məsələ müzakirə olunmalıdır.Muxalifet - 25-07-2017
SENSASİYA! Ruslar fin, finlər isə türk mənşəli imiş? - VİDEO
İnanılmaz faktlar
Muxalifet2 - 25-07-2017
“Jurnalistlər siyasi mövqeyinə deyil, peşəsinə görə evlə təmin olunmalıdır” – ADP-dən BƏYANAT
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.
Muxalifet3 - 26-07-2017
“Kanal 13”-ün direktoru həbsxanada huşunu itirdi
İyulun 23-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Kanal13 İnternet Televiziyasının rəhbəri, jurnalist Əziz Orucov qaldığı kamerada kəskin havasızlıq səbəbindən huşunu itirərərk yıxılıb.
Ayıldıqda kamera yoldaşının köməyi ilə təcridxananın məsul şəxslərini çağırıb, sonradan isə həkim çağırılıb. Jurnalistə hansısa adını bilmədiyi dərmanlar verilib. Bundan sonra vəziyyəti nisbətən sabitləşib.
Bu barədə vəkil Cavad Cavadov iyulun 25-də jurnalistlə görüşündən sonra facebook səhifəsində yazıb.Muxalifet - 26-07-2017
52 yaşlı kişi araqdan zəhərlənib öldü
Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Qurbanov Aydın Rasim oğlu spirtli içkidən (araq) zəhərlənmə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 52 yaşlı A.Qurbanov qeyri-sağlam həyat tərzi sürürmüş, faktla bağlı araşdırma aparılır.Muxalifet - 26-07-2017
Elmlər Akademiyasının institutunda “akademik” yeyintilər
Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.
Hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də, bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.Muxalifet - 26-07-2017
Həbsxanada jurnalistə sərinkeş verilibmi?
Penitensiar Xidmət həbsdə olan jurnalistə sərinkeşin gec verilməsi iddiası ilə razılaşmır
İyun ayının 1-də Kanal 13-ün direktoru Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib
Penitensiar Xidmət hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əziz Orucova sərinkeşin gec verilməsilə razılaşmır.
Qurumun mətbuat xidmətin rəhbəri Mehman Sadıqov BBC Azərbaycancaya deyib ki, sərinkeşin təcridxanaya gətirilməsinə heç bir məhdudiyyət qoyulmur.Muxalifet - 26-07-2017
Tramp ABŞ-ın Əfqanıstanda qalması üçün səbəb tapdı: "Taliban" 1 trilyon dollarlıq yeraltı sərvətə nəzarət edir - Təhlil
Mark Landler və Ceyms Risenculi
“New York Times”Muxalifet - 26-07-2017
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.
Bu barədə Ukrayna Dövlət Miqrasiya xidmətinin saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvili vətəndaşlıqdan çıxarılması ilə bağlı fərman imzalayıb. Saakaşvili ilə bağlı materiallar Ukrayna Baş Prokurorluğuna göndərilib"./trendMuxalifet - 26-07-2017
"Ruslara əzab verərək məğlub etməliyik" - ABŞ
Ruslar ABŞ üçün bir təhdiddir və gələcəkdə də belə olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo deyib.
Rusiyanı məğlub etməli olduqlarını deyən Pompeo Rusiyanın ABŞ-a on illərdir ki, meydan oxuduğunu, ancaq rusların təsirinin azaldığını bildirib: "Ruslara əzab verməliyik, onlara qarşı tədbir görəcəyik".Muxalifet - 26-07-2017
Putin Ermənistanla “Birgə qoşun birliyi” sazişini təsdiqləyib
Saziş 2016-ci ilin iyununda Dövlət Dumasına təqdim edilib
Rusiya prezidenti Vladimir Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Bu barədə hüquqi informasiya rəsmi internet portalında dərc edilmiş sənəddə deyilir.
2016-ci ilin iyun ayında Dövlət Dumasına Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması haqqında saziş daxil edilib.Muxalifet - 27-07-2017
Bakıda qardaş bacısına 13 bıçaq VURDU – QISQANCLIQ ZƏMİNİNDƏ
Hadisəni törədən şəxs saxlanılıb
Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Aliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.Muxalifet - 27-07-2017
Rusiya S-400-ləri Türkiyəyə göndərir – Müqavilə
Türkiyə ilə Rusiya arasında S-400-lərlə bağlı yekun razılaşma imzalanıb.
Bu barədə informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet müqavilə çərçivəsində Türkiyəyə ilk mərhələdə Rusiyadan 2 ədəd S-400-ün gələcəyini bildirib. Onlardan biri Suriya və İrandan gələcək təhdidlərə qarşı şərq bölgəsinə, digəri isə Yunanıstan təhdidinə qarşı qərbə yerləşdiriləcək.Muxalifet - 27-07-2017