İran ABŞ-ı hədələdi: "Hərbi bazaları yığışdır, yoxsa hesabı ağır olacaq"

ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Ordusunu terror qruplaşması elan edib sanksiya tətbiq etmək niyyətindədir.
 
Keşikçilər Korpusunun generalı Cəfəri ABŞ-ı sərt şəkildə tənqid edib. İranlı general "ABŞ bunu etmədən əvvəl İran sərhədlərindən 1000 km məsafədəki hərbi bazalarını yığışdırsın"-deyə xəbərdarlıq edib.
Məşhəd şəhərində çıxış edən Məhəmməd Əli Cəfəri ordusunun ABŞ tərəfindən sanksiyalara məruz qalacağı təqdirdə bunun hesabının ağır olacağını bildirib. Rəsmi Vaşinqton hər səhv hesablamanın əvəzini baha ödəyəcək.
Raket sahəsində İranın apardığı işlərin əsla müzakirə mövzusu ola bilməyəcəyini qeyd edən İranlı general "Raket məsələsini şərəfli bir kişinin namusunu qoruduğu kimi qoruyacağıq"-deyib.