Axtarış
The search found 105783 results in 0.018 seconds.
Search results
“Həkim 650 manat alıb dedi ki…” –Xəstəxanada öldürülən 9 yaşlı uşağın atası danışdı - FOTO
Xəbər verdiyimiz kimi, Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Belə ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.Muxalifet - 11-07-2017
Padşahlıq arzusu ilə yaşamayın...
Deməyə sözüm var...
http://ayna.az Rauf Mirqədirov...İnsan allahlıq iddiasında olmalıdır
Muxalifet - 11-07-2017
Novruzəli Orucov vəzifəsindən azad olunub
Prezident İlham Əliyev Novruzəli Orucovun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Novruzəli Hüseyn oğlu Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.Muxalifet - 11-07-2017
General ehtiyata buraxıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir kİ, General-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Dövlət başçısı A. Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.Muxalifet - 11-07-2017
"Mən Rusiyanı cəzalandırmanın tərəfdarıyam" - MAKKEYN
Rusiya ABŞ-dakı prezident seçkisinə müdaxilə etməyə cəhd edib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ mətbuatına müsahibəsinə amerikalı senator Con Makkeyn söyləyib.
“Rusların seçkimizə müdaxiləsi alınmadı. Onlar hələ də bu müdaxiləyə cəhd etməklə bağlı heç bir cəza almayıblar”, – deyə o bildirib.
Makkeyn Rusiyanın təkcə ABŞ-dakı seçkiyə müdaxilə ilə kifayətlənmədiyini söyləyib:Muxalifet - 11-07-2017
Jurnalist Meydan TV-yə qarşı cinayət işi üzrə dindirilib
Jurnalist Aynur Elgünəş iyulun 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saatdan artıq dindirilib.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.
Onun sözlərinə görə, dindirmə Meydan TV internet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub.
"Bu dəfə də (jurnalist əvvəllər də dindirilib) ənənəvi sulları yenidən verdilər. Meydan TV ilə bağlı suallar oldu. İstintaq sirri olduğunu dedikləri üçün açılaya bilmərəm", jurnalist deyib.Muxalifet - 11-07-2017
DAXİLİ İŞLƏR NAZİRİ ÖLKƏDƏN QAÇDI – Azərbaycanda şok olay!
Hurriyyet.org saytında 22 iyun 2017 ci ildə dərc etdiyimiz “Nazir ölkədən qaçdı – AZƏRBAYCANDA ŞOK OLAY!” sərlövhəli yazı böyük rezonansa səbəb olmuşdu. Lakin həmin vaxt ölkədən qaçan nazirin adını müəyyən səbəblərdən açıqlamamışdıq. Çünki əlimizdə dəqiq faktlar olmasına rəğmən, bu xəbər rəsmi mənbələr tərəfindən ciddi-cəhdlə gizlədilirdi. Doğrudur, həmin vaxt sözügedən məmurun Naxçıvan Muxtar Respublikasının naziri olduğunu dəyərli oxucularımıza bildirmişdik.
Muxalifet2 - 12-07-2017
Rusiyalı zabit Suriyada həlak oldu
Afanasov Suriyanın quru qoşunlarının şəxsi heyətinin təlimi ilə məşğul olurmuş
Rusiyanın Müdafiə Nazirliyi hərbi müşavir Nikolay Afanasovun Suriyada silahlıların minaatandan açdığı atəş nəticəsində həlak olması barədə məlumat yayıb.
Bu barədə "RİA Novost" məlumat verib.
"Həma vilayətində silahlıların Suriya hökumət qüvvələrini gözlənilmədən minaatandan atəşə tutması nəticəsində rusiyalı hərbi müşavir, kapitan Nikolay Afanasov həlak olub" – deyə nazirlikdən bildirilib.Muxalifet - 12-07-2017
İran Qarabağda gərginliyi azaltmaq üçün səy göstərəcək
XİN rəsmisi: Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından narahatıq
İran Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından narahatdır.
"Fars" agentliyi xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi keçirdiyi brifinqdə bəyan edib.
"İran regionda gərginliyin azalması üçün bütün səylərini göstərəcək" – deyə Qasimi bildirib.Muxalifet - 12-07-2017
"Baku Jazz Center" ləğv olunub
"Baku Jazz Center" MMC ləğv olunduğunu elan edib.
Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Kreditorlar iki ay ərzində tələblərini a Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ("AF Mall" 14-cü mərtəbə, mənzil 34) ünvanına bildirə bilərlər.Muxalifet - 12-07-2017
ABŞ “Patriot” zenit-raket komplekslərinin satışına icazə verib
ABŞ Dövlət Departamenti “Patriot” zenit-raket komplekslərinin Rumıniyaya satışına icazə verib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq idarəsinin məlumatında bildirilir.
Kontraktın dəyəri 3,9 mlrd. dollar təşkil edir. Layihənin əsas podratçıları “Raytheon” və “Lockheed Martin” ABŞ şirkətləridir.Muxalifet - 12-07-2017
İşğalçı ordu ərazilərdən çıxmadıqca gərginlik səngiməyəcək – Azərbaycan XİN
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizliyə və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, Təşkilat daxilində əsas meyil münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.Muxalifet - 12-07-2017
18 yaşlı oğlanı qatar vurub - ŞƏMKİRDƏ
Şəmkirdə 18 yaşlı oğlanı qatar vurub.
Şəmkir rayon Düyərli kənd sakini 18 yaşlı Babayev Kazım Həbib oğlu dəmiryol xəttini keçən zaman hərəkətdə olan elektrovoz onu vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılırMuxalifet - 12-07-2017
Trampın şəxsi vertolyotu qəzaya uğradı
ABŞ-ın Nyu York şəhəri yaxınlığında vertolyot qəzaya uğrayıb.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məlumatlara görə, vertolyotun quyruq hissəsi hasara çırpılıb.
Qeyd edilib ki, vertolyot ABŞ Prezidenti Donald Trampa məxsus olub. Qəzadan sonra pilotlar vertolyotun üzərində yazılmış "Tramp" sözünü gizlətməyə çalışıblar.
Olayın dəqiq səbəbləri məlum deyil. Hadisə zamanı Tramp vertolyotda olmayıb.Muxalifet - 12-07-2017
Qatarın altına atılan qadın yoxa çıxdı - ŞOK VİDEO
Özünü qatarın altına ataraq intihar etmək istəyən qadın müəmmalı şəkildə yoxa çıxıb.
Hadisə Hindistanın Mumbai şəhərində baş verib.
Qatkopar stansiyasında saridə olan qadın yaxınlaşmaqda olan qatarın altına yıxılıb. Qatar dayandıqdan sonra onun altına baxış keçirən şəxslər inanılmaz hadisə ilə qarşılaşıb.Muxalifet - 12-07-2017
Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb – VİDEO
21 yaşlı gəlindən valideynləri bir aydan çoxdur ki, xəbər ala bilmir.
Xezerxeber.az məlumat verir ki, Lənkəran rayon sakini Çinarə Həsənli iyunun 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qızın anası iddia edir ki, övladı qayınanasıgil tərəfindən öldürülüb.
Arzu Abkərimovanın sözlərinə görə, qızı 2 ildir ərdədir və ailəsində daim söz- söhbətlər olub. Son dəfə qız, anası ilə telefon əlaqəsi saxlayanda qayınanasının ona işgəncə verdiyini və döydüyünü bildirib.Muxalifet - 12-07-2017
Prezidentdən xalqına saqqal və hicab çağırışı - ABSURD
Taciklər saqqal və hicabdan imtina etməlidirlər.
Bunu xalqa müraciətində Tacikistan Prezidenti İmaməli Rəhman söyləyib. O, hicabın taciklərin ənənələrinə uyğun olmadığını bildirib.
Rəhman həmçinin saqqalın heç də dini öhdəlik olmadığını vurğulayıb:
“Biz Allaha ürəklə iman gətirməliyik. Öz doğruluğumuzu xarici atributlar vasitəsilə göstərməyə çalışmamalıyıq”, – deyə o bildirib.Muxalifet - 12-07-2017
Fətullah Güləndən açıqlama - QAÇMAYACAĞAM
ABŞ hökuməti Ankaranın təklifini qəbul edib məni ekstradisiya etmək qərarına gələrsə, qaçmayacam.
Bu sözləri “Röyter”ə müsahibəsində FETÖ lideri Fətullah Gülən deyib.
Fətullah Gülən Kanadada ərazi və toxunulmazlıq alması, həmin ölkəyə qaçacağı xəbərlərinə münasibət bildirib. Gülən ekstradisiya edilməmək üçün ABŞ-dan qaçaraq Kanadaya gedəcəyi barədə iddiaları yalanlayıb.
Xatırladaq ki, Gülən 15 iyulda Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin təşkilatçısı sayılır.Muxalifet - 12-07-2017
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Türk polisi Konyada İŞİD terror qruplaşmasının üzvlərinin sığınacaqlarında əməliyyat keçirib.
Polisin keçirdiyi əməliyyat zamanı qarşıdurma yaşanıb və 5 terrorçu məhv edilib.
İŞİD-çilərin ani hücumuna məruz qalan 3 türk polisi yaralanıb.Muxalifet - 12-07-2017
II Qarabağ müharibəsi başlayacaq – FELGENHAUER
Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir.
Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq.
Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.Muxalifet - 12-07-2017