​ABŞ xüsusi təyinatlıları Rakkaya daxil olublar

ABŞ hərbçiləri "Suriya demokratik qüvvələrinə" Rakka şəhərində gedən döyüşlərdə yardım göstərirlər.
"RİA Novosti" xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi İŞİD ilə mübarizə üzrə koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon deyib ki, əksəriyyəti xüsusi təyinatlılardan ibarət hərbçilər yerli qüvvələrə "məsləhətlər verirlər, kömək edirlər".
Qeyd edək ki, Suriyanın Rakka şəhəri 2013-cü ildən İŞİD-in nəzarəti altındadır və qeyri-rəsmi olaraq İŞİD-in paytaxtı sayılır.