Axtarış

The search found 105779 results in 0.016 seconds.

Search results

  1. Xameneyi raket sistemlərinin inkişafını istəyir

    İran İslam İnqilab Ordusu raket sistemləri sahəsində fəaliyyətini artırmalıdır.
     
    Bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
    “Mümkün qədər raket sistemləri ilə bağlı fəaliyyətimizi artırmalıyıq. Düşmənə sillə kimi zərbələr endirməliyik. Düşmən bizi diqqətlə izləyir. Təbii ki, bu da uğurumuzun göstəricisidir”, - Xamenei bildirib.

    Muxalifet - 6-07-2017

  2. "Rusiya İrana və Əsədə dəstəyini dayandırmalıdır" - TRAMP

    Rusiya Ukraynada pozuculuq fəaliyyətinə son verməli və Suriya ilə İran rejiminə dəstəyini dayandırmalıdır.
     
    Bu sözləri hazırda Polşann paytaxtı Varşavada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Krasinski meydanında çıxışı zamanı deyib.
    Ağ Ev rəhbəri onu da əlavə edib ki, Moskva ümumi düşmənə qarşı mübarizədə beynəlxalq birliyə dəstəyini əsirgəməməlidir./axar.az

    Muxalifet - 6-07-2017

  3. ​Gənc qadın küçədə döyülüb

    Günay Əhmədova xəstəxanaya yerləşdirilib
     
    Bakıda qadın küçədə döyülüb.
    Hadisə Suraxanı rayonunda qeydə alınıb.
    Belə ki, Günəşli qəsəbəsindəki küçələrdən birində 27 yaşlı Əhmədova Günay Vəli qızı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. O o, döyülərək müxtəlif bədən xəsarətləri alıb.
    G.Əhmədova xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

    Muxalifet - 7-07-2017

  4. 3 avtomobil toqquşub - SABUNÇUDA

    Qəza zamanı 3 nəfər müxtəlif bədən xəsarətləri alıb
     
    Bakıda 3 avtomobil toqquşub.
    Hadisə Sabunçu rayonunda qeydə alınıb.
    Belə ki, Zabrat qəsəbəsində 99 LF 096 dövlət qeydiyyat nişanlı "Kia Cerato" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən əks yola çıxaraq "Lexus" və "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə "Kia Cerato"da olan 18 yaşlı Nəbizadə Niyazi Nizami oğlu, 23 yaşlı Hüseynov Hüseyn Elcan oğlu və 18 yaşlı Əliyev Elməddin Tələt oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 7-07-2017

  5. Kafedə kütləvi dava - SAXLANILANLAR VAR

    Bakıda kafedə kütləvi dava olub.
    Hadisə Yasamal rayonunda qeydə alınıb.
    Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən kafedə müştərilərlə kafe sahibi arasında yaranan mübahisə sonradan davaya çevrilib. Belə ki, kafe sahibi Taleh Həsənov 4 müştəri ilə əlbəyaxa dava edib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

    Muxalifet - 7-07-2017

  6. Putin-Tramp görüşündə daha 4 nəfər iştirak edəcək

    Görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər
     
    Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşündə daha 4 nəfər iştirak edəcək.
    Bununla bağlı "Axios" portalı adını çəkmədiyi məmura istinadən məlumat yayıb.
    Məlumatda bildirilir ki, iki prezidentin görüşünü Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson təşkil edəcək. Bundan əlavə, görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər.

    Muxalifet - 7-07-2017

  7. “Qəbələ”nin Avropa Liqasında rəqibi bəlli olub

    Azərbaycan təmsilçi Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq
     
     “Qəbələ” komandasının Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
    Azərbaycan təmsilçi Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.
    “Yagelloniya” hər iki matçda Gürcüstanın Batumi “Dinamo”sunu məğlub etməklə (1:0, 4:0) II təsnifat mərhələsinə vəsiqə qazanıb.
    Qeyd edək ki, Azərbaycan çempionatının gümüş mükafatçısı olan “Qəbələ” Avropa Liqasına mübarizəyə II təsnifat mərhələsindən başlayır.

    Muxalifet - 7-07-2017

  8. 45 yaşlı kişi kafedə boğazından bıçaqlandı

    45 yaşlı Emir Məmmədov dostları ilə yeyib-içərkən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb
     
    Bakıda 45 yaşlı kişi boğazından bıçaqlanıb.
    Hadisə Yasamal rayonunda qeydə alınıb.
    Yeni Yasamal yaşayış massivindəki kafelərdən birində 45 yaşlı Əmir Məmmədov dostları ilə yeyib-içərkən onlardan biri tərəfindən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Nəticədə o, çoxlu qan itirib.
    Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 7-07-2017

  9. Avtobus minik avtomobili ilə toqquşub: xəsarət alanlar var

    Dewoo markalı avtobusla Opel avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb
     
    Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
    Hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
    "Dewoo" markalı avtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1964-cü il təvəllüdlü Məmmədov Sabir, 1986-cı il təvəllüdlü Nəcəfov Elşad, 1979-cu il təvəllüdlü Fuadov Rəşid və 1970-ci il təvəllüdlü Məmmədov Vüqar ağır xəsarət alıblar.

    Muxalifet - 7-07-2017

  10. Avropa parlamentindən Ermənistana TƏLƏB

    Rixard Çarneçki və Norika Nikolai birgə bəyanatla çıxış ediblər
     
    Avropa Parlamentinin vitse-prezidenti Rixard Çarneçki və Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər.
    Azərbaycanın Belçikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, onlar mülki şəxslərin - qadın və uşağın mənasız qətlini dayandırmağı tələb ediblər.

    Muxalifet - 7-07-2017

  11. “İnter” və “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar

    “İnter” evdə Serbiyanın “Mladost” komandasını, “Zirə” isə səfərdə Lüksemurq “Differdanj”ını məğlub edib
     
    Azərbaycanın “İnter” və “Zirə” komandaları Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar. “Report”un məlumatına görə, paytaxt klubları I təsnifat mərhələsinin cavab matçlarında qalib gəlməklə buna nail olublar.
    “İnter” evdə Serbiyanın “Mladost” komandasını, “Zirə” isə səfərdə Lüksemurq “Differdanj”ını məğlub edib.
    Avropa Liqası
    I təsnifat mərhələsi, cavab oyunları
    6 iyul

    Muxalifet - 7-07-2017

  12. 36 yaşlı qadını ilan VURUB - GÖYGÖLDƏ

    Xəstənin vəziyyəti ağırdır
     
    Göygöldə 36 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır.
    Hadisə 36 yaşlı Xalidə İmanovanın yaşadığı evin həyətyanı sahəsində çalışarkən baş verib.
    O, yaxınlarının köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Lakin X.İmanovanın vəziyyəti ağır olduğu üçün o, Bakıya gətirilib və 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

    Muxalifet - 7-07-2017

  13. BMT Dağlıq Qarabağa görə narahatdır

    Tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi üçün addımlar atmağa çağırırıq
     
    BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır. Bu barədə brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.
    O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.

    Muxalifet - 7-07-2017

  14. Kipr üzrə danışıqlar nəticəsiz başa çatıb

    İsveçrənin Kran-Montane şəhərində Kipr problemi üzrə beynəlxalq konfransda danışıqlar nəticəsiz başa çatıb.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterreş bildirib.
     “Mən böyük təəssüflə bildirməliyəm ki, bütün nümayəndə heyətlərinin və görüş iştirakçılarının məsələdə maraqlı olmasına baxmayaraq... Kipr üzrə konfrans nəticəsiz başa çatıb”, - deyə  Quterreş bildirib.
     Xatırladaq ki, ən mürəkkəb məsələlər sırasında qoşunların adadan çıxarılması və Kipr üçün təzminatlar sisteminin ləğv edilməsi olub   

    Muxalifet - 7-07-2017

  15. İrəvan Kremli şantaj edir - “Rusiyanı satmağa hazırıq!..”

    Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası; Bakı üçün də təhdid var; polşalı səfir Ermənistanla niyə məzələnib?..
     
    Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xeyli artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sərkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərargahlarından gəlir.

    Muxalifet - 7-07-2017

  16. Ürəyi xəstə olan gənci hərbi xidmətə aparıblar – Ermənistanda

    Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardioloquna qarşı cinayət işi açılıb.
     
    Bunu ölən hərbçinin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Ani Çatinyan bildirib.
    “Çağırış komissiyasında Mosiyanın ürəyində problemlə bağlı sənədin olmasına baxmayaraq, onu yenidən ordu sıralarına çağırıblar. Halbuki həmin sənəd əsasında Mosiyanı yenidən əhatəli müayinəyə göndərməli idilər”, - deyə vəkil vurğulayıb.

    Muxalifet - 7-07-2017

  17. Qorbaçov Putin-Tramp görüşü haqda...

    Rusiya və ABŞ-ın münasibətlərinə liderlərin impuls verməsi vacibdir.
     
    Bunu jurnalistlərə açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçov söyləyib.
    “Bu görüş axır ki, baş tutur. Təəssüf edirəm ki, görüş bu vaxta qədər keçirilməyib. Təəssüf etdiyim başqa məqam isə ölkələrimiz arasında birgə konstruktiv gündəm yoxdur. İndiyə qədər çox zaman itirmişik. Etibarı bərpa etmək lazımdır.

    Muxalifet - 7-07-2017

  18. ​ Ərdoğan: “Rusiya Suriyada olmağımızın əleyhdarı deyil”

    Rusiya Türkiyənin Suriyada əməliyyat keçirməsinin əleyhdarı deyil.
     
    Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Ankara və Moskvanın Suriya ərazisində yeni hərbi əməliyyat imkanlarını müzakirə etdiyini söyləyib. Ərdoğan həmçinin eyni məsələni ABŞ Dövlət katibi Reks Tillersonla da müzakirə olunacağını bildirib./axar.az

    Muxalifet - 7-07-2017

  19. Alimlər ETİRAZA QALXDILAR - EV QALMAQALI

    Azərbaycan Milli Elmlər Akademiyası alimləri üçün tikilən binada ev almaq istəyən 30-a yaxın şəxs akademiya binası qarşısına toplanıb.
     
    AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlama verən İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev hər bir müraciətin araşdırılacağını deyib.

    Muxalifet - 7-07-2017

  20. Rusiyanın ermənilər üzərindən Bakıya qarşı TERROR VƏ CASUS OYUNU

    Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyada ittiham edir.
     
     Moskvanın məlumatına görə, Rusiya vətəndaşı olan ermənilər Azərbaycana gəlmək istəyərkən, Bakı aeroportunda saxlanılır və deportasiya edilir. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktı təkzib etmir və açıq şəkildə bəyan edir ki, bu proses davam edəcək.

    Muxalifet - 7-07-2017

Pages