Axtarış
The search found 105779 results in 0.074 seconds.
Search results
YAP-çı deputatdan bəstəkara SƏRT ETİRAZ — “Bəs Heydər Əliyev harada doğulub?”
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov bəstəkar Aygün Səmədzadənin rayon camaatı haqqında səsləndirdiyi fikirlərinə sərt şəkildə etiraz edib.
E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, rayon, şəhər, mərkəz, əyalət və kənd ayrı-seçkilik söhbətləri salmaq Azərbaycanı bölmək və parçalamaq kimi çıxır:Muxalifet - 4-07-2017
"Bıçaq soxdum, bağırsaqlarım yerə töküldü, özümü zəhərlədim, ölmədim" - 40 illik arvadını öldürən şəxs - VİDEO
Muxalifet.az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişi bu dəfə Xudaverdi Verdiyev və Esmira Süleymanovanın həyat hekayəsini təqdim edib.
Muxalifet2 - 4-07-2017
“Təzə bazar”-ın təzə sahibi kimdir?
Paytaxtın “Təzə bazar” adlanan ticarət mərkəzi əl dəyişib.
Bu barədə “Ölkə.Az”-a “Təzə Bazar” MMC-dən məlumat verilib.
Məlumata görə, artıq “Təzə bazar” MMC-nin ləğvetmə prosesinin başlandığı elan edib.
“Təzə bazar” MMC-dən bildirilib ki, bazarın sahibi dəyişib:
“Bazarın yeni sahibi “FMC Group” şirkətidir. Bazar isə ləğv edilməyib. Əvvəlki kimi fəaliyyətini davam etdirəcək”.Muxalifet - 4-07-2017
Ermənilər Füzulinin Alxanlı kəndini atəşə tutdu – NƏNƏ VƏ 2 YAŞLI NƏVƏSİ ÖLDÜ
Muxalifet.az xəbər verir ki, erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.
Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.Muxalifet - 5-07-2017
Ermənilərin qətlə yetirdiyi nənə və 2 yaşlı nəvəsi - FOTO- XİN BƏYANAT YAYDI
Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar bəyanat yayıb.
XİN xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın bu addımını vandalizm aktı kimi qiymətləndirərək düşmən dövlətin terrorçu mahiyyətini bir daha sübut etdiyini bildirib.Muxalifet - 5-07-2017
"Anamın da, qızımın da intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası
Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar.
Bunu Azvision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.
O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.Muxalifet - 5-07-2017
Türkiyəli güləşçi ermənini yendikdən sonra Azərbaycan bayrağı ilə dövrə vurdu
Hadisə Avropa çempionatında baş verib
Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Cemal Mutlu Azərbaycan bayrağını dalğalandırıb.
Mutlu 50 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qələbə qazandığı 3-cü yer uğrunda görüşdən sonra bu addımı atıb. O, rəqibini 10:2 hesablı tam üstünlüklə vaxtından əvvəl yenərək, bürünc medala sahib çıxıb. Qarşılaşmanın ardından gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.Muxalifet - 5-07-2017
Həmsədrlərdən növbəti “növbətçi” bəyanat – Konkret cinayət əməlinə qiymət yoxdur
ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.
Bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir.
“Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, - deyə bəyanatda bildirilir.Muxalifet - 5-07-2017
İlqar Məmmədov hökumətin onunla bağlı planlarından yazdı
REAL sədri İlqar Məmmədov həbsxanadan məktub yazıb. Məktubda hökumətin və beynəlxalq təşkilatların onunla bağlı mümkün planlarından bəhs edilir. Məktubu təqdim edirik:
Muxalifet - 5-07-2017
"Azərbaycan əlifbasına əsaslanan ortaq türk əlifbası təklif etmişik" - MÜSAHİBƏ
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralinin APA TV-yə müsahibəsi
- Bu il Beynəlxalq Türk Akademiyasının yaradılmasından 7 il ötür. Akademiyanın ötən illərdəki fəaliyyətini qənaətbəxş saymaq olarmı?Muxalifet - 5-07-2017
"Dünya ictimaiyyəti ermənilərin bu vəhşiliyinə qiymət verməlidir" - MARKOV
"Mülki şəxslərin ölümü bir daha göstərir ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bu yara hələ qarsaq bağlamayıb. Belə hadisələrin tez-tez baş verməsi bu yaranın hələ çox qan aparacağını göstərir".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri az yaşlı körpə olmaqla, iki nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.Muxalifet - 5-07-2017
Hakimiyyət “balaca padşah”ların siyahısını hazırlayıb: Hansı başçılar hədəfdədir? - ADLAR
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin "Sovetski”dəki məscidi özbaşına sökdüyü üçün cəzalandırılması mərkəzi hakimiyyətin əsas qolu olan icra hakimiyyəti strukturunda ciddi təşviş yaradıb.
Çoxları belə hesab edir ki, uzun illərdir ki, icra başçısı işləmiş İ.Mehdiyevin işdən qovulması əslində bütün icra başçılarına ciddi xəbərdarlıqdır və bu, özünü "balaca padşah” hesab edənlərlə bağlı prosesin hələ başlanığıcıdır.Muxalifet - 5-07-2017
Məxfi hissə rəisi işdən qovulmasına etiraz edir - VİDEO
Məxfi hissə rəisi Yusif Əsədov ordudan kənarlaşdırılıb.
Əsas olaraq, onun iş zamanı mobil telefon istifadə etməsini əsas gətiriblər. Yusif Əsədov isə, bu iddiaları rədd edir.
Gizir həmçinin, prezidentə və onun xanımı Mehriban Əliyevaya müraciət etsə də, heç bir faydası olmadığını bildirir.
Yusif Əsədovun video müraciətini təqdim edirik:
Muxalifet - 5-07-2017
Rəşadət Babayev sürücüyə əsəbləşdi: "Bas bayıra, burada qanunları mən qoyuram" — QALMAQAL - FOTO
Ağdam rayonundan məcburi köçkün Xaliq Bəxtiyar oğlu Vəliyev "Ölkə.Az"-ın redaksiyasına müraciət edib.
Şikayətçi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini tərəfindən təzyiqə məruz qaldığını bildirib:Muxalifet - 5-07-2017
Yəhudilərdən sərt reaksiya: “Torpaq ermənilərin gözünə girmədikcə, doyan deyillər”
Füzulidə baş verən hadisə bir çox millətlərin də sərt reaksiyasına səbəb olub.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsini qəti olaraq cinayət adlandırıb.
Publika.az-a danışan icma sədri millətindən asılı olmayaraq, bu əməli terrorizm adlandırıb və lənətləyib:Muxalifet - 5-07-2017
“Azərbaycan “Holland sindromu”ndan qaça bilməyib" - SABİT BAĞIROV
Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov "Amerikanın Səsi"nə müsahibəsində neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirlərindən, qeyri-neft sektoru ilə bağlı hökumətin apardığı siyasətdən danışıb.
-Dünya bazarında neftin qiymətinin hansı səviyyəyə enməsi Azərbaycan iqtisadiyyatında böhranı daha da dərinləşdirə bilər?Muxalifet - 5-07-2017
Sahə müvəkkili haqda sensasion faktlar – ZƏRDAB SAKİNİ USUBOVA MÜRACİƏT ETDİ
Zərdab rayonu S. Abdullayev küçəsi ev 67 sakini Cavadov Fərhad Məhəmmədəli oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Bakıda yaşayan qızı Ramidənin evində baş vermiş oğurluq hadisəsinə görə sahə müvəkkili Vüqar Dadaşov birbaşa məsuliyyət daşıyır:
Muxalifet2 - 5-07-2017
Ağdaş sakinləri etiraza qalxdı – QAZ KƏMƏRİNİN ÇƏKİLİŞİ SAKİNLƏRƏ BÖYÜK ZƏRƏR VURUB
Ağdaş rayonu Abad kənd sakinləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Azərbaycan ərazisində hazırda tikintisi gedən beynəlxalq qaz kəmərini inşa edən vəzifə şəxslər Ağdaş rayonunun Abad kənd sakinlərinə məxsus 150 hektar əkin torpaq sahəsini məhv edərək, camaata küllü miqdarda ziyan vurmuşdur:
Muxalifet2 - 5-07-2017
İsmayıllı sakini: “Həyat dayanıb, insanların yaşayışı sıfıra bərabərdir”
“İş üçün çox dirəşəndə də deyirlər, “gedin Bakıda başınızı birtəhər saxlayın”. Niyə gedim axı… Evim-eşiyim, ailəm, qohumum, yaxınım – hamısı burda ola-ola, niyə kəndimi, rayonumu atıb Bakıya getməliyəm? Üstəlik, indi Bakıda da əvvəlki kimi iş yoxdur. Vaxtilə paytaxta işləməyə gedənlər indi geri qayıdırlar”.
İsmayıllı sakini, 27 yaşlı Cavid Həsənov Azadlıq Radiosu-na tab gətirə bilmədiyi dolanışıqdan, çətinliklərdən danışıb:Muxalifet - 5-07-2017
“Qadın və uşaq qətli bundan sonra da davam edəcək” - ERMƏNİSTANDAN AÇIQLAMA
Erməni tərəfinin həyasızlığı sərhəd bilmir. İkiyaşlı azərbaycanlı qızın qətlini Yerevanda artıq “Ermənistanın görünməmiş zərbəsi” adlandırırlar və indi orada fərziyyələr irəli sürürlər ki, bundan sora nə olacaq.
Azərbaycana təklif edirlər (!) ki, sonrakı eskalasiyalar və itkilər olmasın deyə, Vyana və Sankt-Peterburq razılaşmaları adlandırılan sazişlərin icrasına razılıq versin.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bəyan edib.Muxalifet - 5-07-2017