Axtarış

The search found 105779 results in 0.01 seconds.

Search results

  1. ABŞ-da Sarkisyana məktub – 2 yaşlı Zəhranın qətli ilə bağlı

    İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.
     
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilib.

    Muxalifet - 6-07-2017

  2. "Məsuliyyəti təkcə erməni hərbçisi deyil, beynəlxalq vasitəçilər də daşıyır" - Kuznetsov

    Oleq Kuznetsov: "İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər"
     

    Muxalifet - 6-07-2017

  3. Türkiyədə kimya fabrikində partlayış - Fabrik yanır

    Türkiyənin Adana şəhərində güclü partlayış baş verib.
     
    Partlayış yerli kimya fabrikində baş verib. Partlayışdan sonra fabrikdə yanğın başlayıb.
    Hazırda hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub, gücül yanğının qarşısının alınmasına cəhd edilir.
    Partlayışın baş vermə səbəbləri məlum deyil.

    Muxalifet - 6-07-2017

  4. Nazarbayev adının əbədiləşdirilməsinə qarşı çıxdı

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev adının əbədiləşdirilməsi üçün tez-tez səslənən təşəbbüslərə qarşı çıxdığöını bildirib.
     
    Qazaxıstan KİV xəbər verir ki, sonuncu belə təşəbbüs Astana aeroportunun onun adını daşıması ilə bağlı olub.
     “Bu mənim təşəbbüsüm deyil. Həmişə buna qarşı olmuşam. Ola bilsin ki, insanlar mənim xidmətlərimi görürlər, lakin siyasətçi tarixdə öz əməlləri ilə qalmalıdır”.

    Muxalifet - 6-07-2017

  5. 4 uşaq anası özünü ASDI

    Xaçmazda intihar hadisəsi baş verib.
     
    İyulun 5-də axşam saat 22 radələrində rayonun Xanlıqoba kəndində 41 yaşlı Natəvan Ramazan qızı Qurbanova intihar edib.
    Belə ki, o, özünü yaşadığı evdə asıb.
    N.Qurbanova 4 uşaq anası olub. Onun meyitini qızları tapıb.
    İntiharın səbəbi məlum deyil.
    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza olunub.
    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet - 6-07-2017

  6. Bəxtiyar Hacıyevi Yamaykada həbsə atdılar - ŞOK TƏFƏRRÜAT

    Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev turist kimi səfər etdiyi Yamaykada xoşagəlməz halla qarşılaşıb.
     
    Bu barədə o, özünün feysbukdakı hesabında yazıb.

    Muxalifet - 6-07-2017

  7. IMF G20 ölkələrinə xəbərdarlıq edib

    Hesabat: İnkişaf etməkdə olan ölkələr valyuta məzənnələrinə müdaxilə etməməlidir
     

    Muxalifet - 6-07-2017

  8. Amerikalı politoloq: "Dünyanın 2 yaşlı qızın ölümünə səssiz qalması dəhşətli tarixi səhvdir"

    Piter Teys: Dünya ictimaiyyəti ikili standartlarla ləkələnib
     
    "Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır".
    Bunu amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib.

    Muxalifet - 6-07-2017

  9. Ramil Səfərov Zəhranın qətlindən yazdı: “O murdar başınız…”

    Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov iyulun 4-də erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhradan yazıb.
     
    O, fikirlərini şəxsi İnstagram səhifəsində bölüşüb:
    “Ey bu məsum körpəni şəhid edən murdar “markaryanlar”, bilin ki dünyanın harasına qaçsanız da, nə qədər vaxt ötsə də bir gün o murdar başınız mütləq kəsiləcək! Ramil Səfərova “ədalət” məhkəməsi quran dünya bəs indi hara baxır? Narahat olmasınlar, biz ədaləti özümüz təmin etməyi bacarırıq”.

    Muxalifet - 6-07-2017

  10. Tramp özünü itirdi, limuzinini tanımadı - VİDEO

    ABŞ Prezidenti Donald Tramp təyyarədən enən zaman kuryoz hadisə ilə qarşılaşıb.
     
    Tramp şəxsi limuzinini tanımayıb və ondan yan keçib.
    Mühafizəçilərin müdaxiləsindən sonra o, avtomobilə əyləşib.
    Məlumatlara görə, hadisə Endryus hərbi bazasında baş verib.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 6-07-2017

  11. İlkər Başbuğu Gülən həbs etdirdi - Polis rəisindən etiraf

    Ergenekon, Balyoz əməliyyatları zamanı İstanbul Poli İdarəsinin Təhülkəsizlik şöbəsinin müdiri vəzifəsində çalışan, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Ərzurumda həbs olunan və prezidentin xüsusi qərarı ilə polis orqanlarından xaric edilən Yunus Dolar məhkəmədə verdiyi ifadədə Türkiyə Silahlı Qüvəllərinin keçmiş baş komandanı İlkər Başbuğun həbsi ilə bağlı maraqlı fakt açıqlayıb.
     

    Muxalifet - 6-07-2017

  12. Avropa Parlamentindən Ermənistana - TƏLƏB

    Avropa Parlamentinin üzvləri fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər.
     
    Parlamentarilər Ermənistandan zorakılığı dayandırmağı və mülki şəxsləri hədəfə almamağı tələb ediblər:

    Muxalifet - 6-07-2017

  13. “Putinin NATO-su”na Trampdan sürpriz: Rusiya sərhədlərində TƏHLÜKƏ

    Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb.
     
     “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.
    Maçereviç dəqiqləşdirib ki, Polşaya çatdırılan “Patriot” sistemləri ən yeni IBCS atəş sistemi ilə təchiz ediləcək. Polşa 8 “Patriot” batareyasının alınmasına təxminən 7,5 milyard dollar xərcləməyi nəzərdə tutur.

    Muxalifet - 6-07-2017

  14. Moskvadan Kürdlərə ULTİMATUM: “Dərhal tərk edin, əks halda...”

    Rusiya PYD terror təşkilatına (PKK terror təşkilatının Suriya qolu - red.) “Afrini dərhal tərk edin!” şəklində ultimatum verib.
     
    Bu haqda “Haber7” saytının yazarı Taha Dağlı bildirib.
    Ultimatumun Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyunun 2-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verildiyi deyilir. Taha Dağlının sözlərinə görə, Moskva PYD-dən Afrini tərk etməyi tələb edib, əks halda Türkiyənin Afrinə müdaxiləsinə səssiz qalacağını bildirib.

    Muxalifet - 6-07-2017

  15. Azərbaycanlı alimlərdən xərçəngə qarşı yeni TƏDQİQATLAR

    Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq.
     
    AMEA-nın Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.

    Muxalifet - 6-07-2017

  16. Nazir iki polis rəisini işdən çıxardı

    Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.
     
    Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər.
    Bununla bağlı müvafiq əmrlər imzalanıb. (report)

    Muxalifet - 6-07-2017

  17. Düşmən işğal edilmiş ərazilərdən qaçmağa hazırlaşır – TƏXLİYYƏ MƏŞQLƏRİ

    Separatçılar, həmçinin Rusiya qoşunları Ukraynanın şərqində işğal edilmiş ərazilərdə, xüsusi halda Donetskdə təxliyyə üzrə təlimlər keçirirlər.
     
     “Obozrevatel” nəşri xəbər verir ki, bu haqda “5 kanal”ın efirində Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə nümayəndəsi Andrey Lısenko bildirdi.
    “Donetskdə döyüşçülərin komanda heyəti avtobuslarla təxliyyə üzrə təlimlər keçirirlər. Artıq separatçıların başçıları, həmçinin rusların ailələrinin təxliyyəsi üzrə marşrutlar hazırlanıb”, - o deyib.

    Muxalifet - 6-07-2017

  18. Alxanlı hadisələri: II Qarabağ savaşı başlayır?

    Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konflikti yenidən alovlanmağa başlayır.
     
    Bunu “Moskva-Baku” portalına açıqlamasında “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib.

    Muxalifet - 6-07-2017

  19. Rusiyalı jurnalist Azərbaycana YOL GÖSTƏRDİ

    Ötən il baş verən aprel müharibəsi göstərdi ki, Azərbaycan mülki vətəndaşlarının qətlinə sərt şəkildə cavab verir.
     
    Ötən il də erməni hərbi birləşmələri mülki vətəndaşlara hücum etmiş və bir neçə nəfər həlak olmuşdu. Azərbaycan ordusu qarşı tərəfə ağır zərbələr endirdi və işğal olunmuş ərazilərin bir hissəsi azad olundu.
    Qaynarinfo.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Mixail Belyayev deyib. Həmkarımız hesab edir ki, bu təcrübə yenidən təkrarlana bilər:

    Muxalifet - 6-07-2017

  20. Bu ölkələrin hamısına sanksiya tətbiq edəcəyik – ABŞ

    Vaşinqton Şimali Koreya ilə ticarət əlaqələri olan bütün dövlətlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
     
    Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib.
    “Şimali Koreyaya qarşı sanksiyaların keçərli olmasında əsas rol Çinin üzərinə düşəcək. Pxenyanın ticarətinin 90%-i məhz Çinlədir”, – deyə o bildirib./axar.az

    Muxalifet - 6-07-2017

Pages