Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
“KİA” KAMAZ-la TOQQUŞDU – ANA YARALANDI, QIZI ÖLDÜ
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Şamaxı rayonu ərazisində “Kia” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan Aynurə Kərimova ölüb, anası Səhrayə Kərimova isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılırMuxalifet - 7-07-2017
Erməni hərbçilər qəzaya düşüb - Yaralılar var
Bu gün səhər saatlarında Vanadzor-Dilican magistralının 22-ci kilometrliyində Ermənistanın Müdafiə Nazirliyinə məxsus "Kamaz" markalı yüş maşını aşıb.
Erməni KİV xəbər verir ki, qəza nəticəsində 2 erməni həbçisi xəsarət alıb.
Onlar Vanadzor hərbi hospitalına yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır./azvisionMuxalifet - 7-07-2017
Azərbaycan Ermənistandan daha təhlükəsizdir – Beynəlxalq Təhlükəsizlik reytinqi
BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada kibertəhlükəsizliyə dair son durumu özündə əks etdirən Global Cybersecurity Index hesabatını açıqlayıb.
Hesabata əsasən, dünya ölkələrin yalnız 38%-də hakerlərdən müdafiəni təmin edən etibarlı kibertəhlükəsizlik sistemi qurulub, daha 12% ölkə isə belə strategiyanın yaradılması ilə məşğuldur.
Hesabata əsasən Azərbaycan dünya reytinqdə 48-ci yerdə qərarlaşıb.
Rusiya siyahıda 10-cu, Türkiyə 43-cü, İran 59, Ermənistan isə 111-ci yerdədir.Muxalifet - 7-07-2017
Gürcüstan Ombudsmanı: Əfqan Muxtarlı istintaqına prokurorluq rəhbərlik etməlidir
Çərşənbə günü Gürcüstanın Ombudsmanı Uça Nanuaşvili keçirdiyi mətbuat konfransında Baş Prokurora müraciət edərək Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinin onun oğurlanmasında iştirak etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) özü tərəfindən araşdırılmasından şikayət edib.
Çıxşında cənab Nanuaşvili "müstəqil və qərəzsiz" araşdırmanın lazım olduğunu vurğulayaraq Baş Prokurordan istintaqın DİN-dən prokrulorluğa keçirilməsini xahiş edib.Muxalifet - 7-07-2017
VAZ-2106 YANDI – 2 NƏFƏR YANARAQ ÖLDÜ
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Hacı Hüseynli kəndində “VAZ-2106” markalı avtomobil yanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq, ölüb.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub./apaMuxalifet - 7-07-2017
Ermənilərin yaraladığı qadından - Yeni xəbər
Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün Horadiz şəhər xəstəxanasına köçürüləcək.
Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov bildirib ki, S.Quliyeva ilə bağlı keçirilən konsilium nəticəsində bu qərar verilib:Muxalifet - 7-07-2017
Narkotik vasitələr becərən şəxslər saxlanıldı
Azərbaycanda narkotik vasitələr becərən şəxslər saxlanılıb.
Muxalifet2 - 7-07-2017
Mikayıl Cabbarov: "Magistraturalara sənəd verənlər azalıb, qəbul olunanlar isə artıb"
"Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
Muxalifet.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin “Məzun günü”ndə çıxışı zamanı deyib.
Nazir bildirib ki, magistratura pilləsinə sənəd verənlərin sayı azalsa da, qəbul olunanların sayı 34 faiz artıb.Muxalifet2 - 7-07-2017
Bakı sakinindən xeyli miqdarda heroin götürülüb
Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Muxalifet.az-ın DİN-in saytına istinadən verdiyi xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkarlanıb.Muxalifet2 - 7-07-2017
“Putinlə görüşü səbirsizliklə gözləyirəm” - Tramp
Amerika lideri Donald Tramp rusiyalı həmkarı ilə görüş barədə danışıb.
Rusiya KİV xəbər verir ki, Tramp Vladimir Putinlə görüş gününü səbirsizliklə gözlədiyini deyib. O, bu barədə öz tvitter hesabında yazıb:
“Mən dünya liderləri ilə eyni zamanda, Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm. Müzakirə ediləcək mövzular çoxdur”.
Xatırladaq ki, Rusiya və ABŞ lideri “G 20” Sammiti çərçivəsində görüşəcək.Muxalifet - 7-07-2017
2 kq heroinlə TUTULDU - BAKIDA
O, narkotik vasitəni İran vətəndaşından alıb
Narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi (RPİ) 10-cu Polis Bölməsinə (PB) Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.Muxalifet - 7-07-2017
"ABŞ üçün Azərbaycanda demokratiya çox böyük əhəmiyyət kəsb edir" – SƏFİR
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibəsində iki ölkə arasındakı 25 illik münasibətlərin yekunlarından və perspektivlərindən danışıb.
Muxalifet.az xəbər verir ki, səfir Robert Sekuta müsahibəsinə aşağıdakı bəyanatla başlayıb.Muxalifet - 7-07-2017
Fəhləni elektrik cərəyanı vurub - QUBADA
Bərdədən Qubadakı Qırmızı qəsəbəyə işləməyə gələn fəhləni elektrik cərəyanı vurub.
1994-cü il təvəllüdlü, Məmmədəliyev Məmmədalı Gəray oğlu, Bərdə rayonu Ləmbəran kəndindən Quba rayonu dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə fəhlə işləməyə gəlib. İş zamanı onu elektrik cərəyanı vurub.
O, yaralı vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq -mühafizə orqanlarında araşdırma aparılır.Muxalifet - 7-07-2017
Cəbhədə erməni hərbçisi öldürülüb
O, hərbi hospitala aparılarkən yolda ölüb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 1997-ci il təvəllüdlü erməni hərbçi Vazgen Martirosyan öldürülüb.
Bu barədə sosial şəbəkələrdə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan yazıb.
Onun sözlərinə görə, hadisədən dərhal sonra hərbi hospitala aparılarkən hərbçi yolda ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.Muxalifet - 7-07-2017
Xristian yepiskop Zəhranın öldürülməsi ilə bağlı Sarkisyana məktub göndərib
X.K.Mendez bu cinayəti qətiyyətlə pisləməyi və bu qətli törədənləri müəyyənləşdirərək onların cəzalandırılmasını tələb edir
Muxalifet - 7-07-2017
39 yaşlı kişi özünü qaz borusundan ASIB - XAÇMAZDA
Xaçmaz şəhərində intihar faktı qeydə alınıb.
Şəhərin Sabir küçəsində yaşayan 1978-ci il təvəllüdlü Feyruz Ağarzayev özünü qaz borusundan asaraq intihar edib.
İntiharın səbəbləri araşdırılır./apaMuxalifet - 7-07-2017
Putin nüvə silahına cavabdeh olan generalı işdən çıxarıb
Rusiya prezidenti Vladimir Putinin istefaya göndərdiyi generallar arasında ölkənin bütün nüvə silahının saxlanmasına və xidmət olunmasına görə cavabdeh olan general-leytenant Yuri Sıçın da olduğu bildirilir.
“Kommersant” xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 12-ci Baş idarəsinin rəisi özü istefa barədə ərizə ilə müraciət edib. Onun səhhətində problemlərin olduğu bildirilir.
12-ci Baş idarəyə hazırda müvəqqəti olaraq general-mayor İqor Kolesnikov rəhbərlik edir. O, dünənə qədər Yuri Sıçın müavini idi.Muxalifet - 7-07-2017
Ərdoğanın korteji saxlanıldı - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanı Hamburqda saxlanılıb.
G-20 sammitində iştirak etmək üçün Almaniyaya gələn Ərdoğanın kortejinin dayandırılmasına səbəb təhlükəsizlik məsələləri olub.
Məlumatlara görə, alman polisi Ərdoğanın qaldığı otelin yaxınlığında silahlı şəxsi yaxalayıb. Olayın təfərrüatları açıqlanmır.Muxalifet - 7-07-2017
Qarabağda tammiqyaslı döyüşlər BAŞLAYA BİLƏR – ABŞ mediası
ABŞ-ın “The Washington Post” nəşri Ermənistanın Füzuli rayonunun Alxanlı kəndində mülki azərbaycanlılara hücumu haqda yazıb.
“Azərbaycanın kənd sakinlərinin ölümü yeni hərbi qorxuları gətirir” adlı məqalədə erməni hərbi birləşmələrinin iki yaşlı Zəhra Quliyeva və onun nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın qətlə yetirdiyi, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın isə yaralandığı qeyd olunur.Muxalifet - 7-07-2017
Ermənistan ETİRAF: “Hərbi elitamızı itirdik”
“Müharibə zamanı biz elit hərbi potensialımızı itirdik”.
Bu barədə Ermənistanda informasiya texnologiyaları müəssisələri ittifaqının direktoru Karen Vardanyan deyib.
Onun sözlərinə görə, bu gün erməni ordusunda hərbi sənayedən anlayışı olan yoxdur: “Biz müharibədə Ermənistanın gələcəyini görən alimlərimizi, Leonid Azqaldyanı, Movses Qorqisyanı və digərlərini itirdik. Onlar hərbi elitamız idi. Bu gün orduda texnologiyanı tətbiq etmək imkanı olan heç kim yoxdur”.
Lakin K.Vardanyan bu itkiləri nə vaxt verdiklərini açıqlamayıb.Muxalifet - 7-07-2017