Avtobus minik avtomobili ilə toqquşub: xəsarət alanlar var

Dewoo markalı avtobusla Opel avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb
 
Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
Hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
"Dewoo" markalı avtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1964-cü il təvəllüdlü Məmmədov Sabir, 1986-cı il təvəllüdlü Nəcəfov Elşad, 1979-cu il təvəllüdlü Fuadov Rəşid və 1970-ci il təvəllüdlü Məmmədov Vüqar ağır xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziyə yol polisi əməkdaşları cəlb edilib.
Minik avtomobili deformasiyaya uğradığından cərimə meydançasına aparılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.