Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. ATƏT PA-dan 2 önəmli ADDIM

    ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.
     
    Toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.
    Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.

    Muxalifet - 7-07-2017

  2. "Rusiya Cənubi Qafqazı həmişəlik tərk edəcək" - MEQRABYAN

    Ermənistanda sistem dəyişiklikləri Rusiyanın zəifləməsi ilə ortaya çıxacaq.
    Bunu “1in.am” saytına müsahibəsində politoloq Ruben Meqrabyan söyləyib.
    “Rusiyanın meyit olduğu dönəmdə bizim özümüzün də meyitə çevrilmə riskimiz var. Burada riskləri bilmək lazımdır. Rusiya 100 ildə üçüncü dəfə və deyəsən, həmişəlik Cənubi Qafqazı tərk edəcək. Biz gərək elə edək ki, bundan beş dəqiqə sonra situasiyaya reaksiya vermək üçün planımız olsun”, – deyə o bildirib./axar.az

    Muxalifet - 7-07-2017

  3. Erməni deputat: “Aprel döyüşlərində” xərclənən böyük pullar HANI?

    Ermənistan parlamentində 2016-cı ildə dövlət büdcəsinin hara xərclənməsi haqda müzakirələr zamanı deputat Nikol Paşinyan etirazla çıxış edib.
     

    Muxalifet - 7-07-2017

  4. Navalnı azadlığa buraxıldı

    Rusiyalı siyasətçi, hazırda Putin rejiminin ən sərt və populyar müxalifətçisi hesab olunan Aleksey Navalnı 25 sutkalıq həbsdən sonra azadlığa buraxılıb.
     
    Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış rəsmi Tvitter hesabında paylaşım edib:
    “Bu gün saat 9-da Aleksey Navalnı həbsdən çıxarılaraq polis bölməsinə gətirilib və oradan sərbəst buraxılıb. Onu artıq Simferepol ətrafında gözləmək lazım deyil”.
    Xatırladaq ki, korrupsiyaya qarşı mübarizə mitinqinin əsas təşkilatçısı olan Aleksey Navalnı iyunun 12-də öz evinin qarşısında həbs edilmişdi.

    Muxalifet - 7-07-2017

  5. İlanlar evə hücum edib – İMİŞLİDƏ

    İmişlidə ilanlar evə hücum çəkib.
     
    Hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb.
    Kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində son vaxtlar təhlükəli hal artıb. İlanlar müxətlif yerlərdən evə girirlər. Ev sahibinin sözlərinə görə, uşaqlar qorxudan evdə yata bilmirlər.
    İlanları dəfələrlə öldürmələrinə baxmayaraq, digər ilanlar yenidən üzə çıxır.

    Muxalifet - 7-07-2017

  6. Mənzildən pul və qızıl oğurlandı

    Hadisə Nəsimi rayonunda qeydə alınıb
     
    Bakıda mənzildən oğurluq olub.
    Hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.
    Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
    Polis faktla bağlı araşdırma aparır.

    Muxalifet - 7-07-2017

  7. “Gündəm Xəbər”in müxbiri həbs edildi

    İyulun 6-da İmişli rayon Məhkəməsinin hökmü ilə “Gündəm Xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfiqarlı 5 ay müddətinə azadlıqdan məhrum edilib.
     
    Jurnalsit məhkəmə zalında həbs edilib. Hakim Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Zülfiqarlı Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə günahlandırılıb.Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.
    Hazırda İmişlidə olan hüquq müdafiəçisi Oqtay Gülalıyev Amerikanın Səsinə deyib ki, jurnalistin həbsi onun tənqidi yazılıarı ilə bağlıdır.

    Muxalifet - 7-07-2017

  8. “Yagelloniya” - “Qəbələ” oyununun vaxtı müəyyənləşdi

    Görüş Polşanın Belostok şəhərində baş tutacaq
     
     “Qəbələ” komandasının Avropa Liqasının II təsnifat mərhələsinda Polşa “Yagelloniya”sı ilə cavab matçının başlama saatı müəyyənləşib.
    İyulun 20-də Polşanın Belostok şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
    Qeyd edək ki, “Qəbələ”nin “Yagelloniya”sı ilə iyulun 13-nə təyin edilən ilk qarşılaşması saat 21:00-da başlayacaq. Görüş “Bakcell Arena”da olacaq.

    Muxalifet - 7-07-2017

  9. ​Ermənilər Azərbaycanın yaşayış məntəqələrini yenə atəşə tutdu

    Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
     
    APA xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
    Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
    İtki və tələfat yoxdur.

    Muxalifet2 - 7-07-2017

  10. Xiyar yığarkən İlan sol əlindən vurdu - CƏLİLABADDA

    Cəlilabadda ilansancma hadisəsi baş verib.
     
    Hadisə rayonun Axtaxana kəndində qeydə alınıb.
    Kənd sakini Rasim Sadıqov həyətyanı sahədəki bostandan xiyar yığarkən kol altında olan ilan onun sol əlinin barmaq nahiyəsindən sancıb. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub və digər tədbirlər görülüb.
    Xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

    Muxalifet - 7-07-2017

  11. ​Azərbaycan Ordusu erməni silahlılarına sarsıdıcı zərbə vurdu

    "Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib".
     

    Muxalifet2 - 7-07-2017

  12. Avropa Məhkəməsi “Muxtarlı Azərbaycan və Gürcüstana qarşı” işinə prioritet qaydada baxacaq

    Avropa Məhkəməsi jurnalist Əfqan Muxtarlının işinə prioritet qaydada baxacaq.
     
     Bunu Muxtarlının vəkili Arçil Çopikaşvili bəyan edib.
    Onun sözlərinə görə, İnsan Haqları üzrə Strasburq Məhkəməsi “Əfqan Muxtarlının Gürcüstan və Azərbaycana qarşı” işini prioritet hesab edib.
    “Bizdə Muxtarlının işi ilə bağlı yeni xəbərlər var. İnsan Haqları üzrə Strasburq Məhkəməsi bu işi “prioritet” hesab edib və bu da o deməkdir ki, Avropa Məhkəməsində işə sürətli qaydada baxılacaq”, – deyə vəkil bildirib.

    Muxalifet - 7-07-2017

  13. Əfqan Muxtarlının həyat yoldaşı: “DİNLƏNİRƏM”

    ”Bununla bağlı Gürcüstan polisinə məlumat vermişəm, ancaq əhəmiyyət vermirlər”
     
    İyulun 7-də həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Tibilisidə mətbuat konfransı keçirib.
    Konfransda Leyla Mustafayeva 10 gün öncə başına gələn olay haqqında məlumat verib.
    Leyla Mustafayevanın bildirdiyinə görə o, Tibilisidə dostları ilə restoranların birində oturan zaman masalarına çanta qoyulub. Onlar çantanın kimə məxsus olduğunu soruşan zaman kənardan bir şəxs çıxıb və həmin çantanı götürərək qaçıb:

    Muxalifet - 7-07-2017

  14. Daha bir jurnalist Prokurorluğa çağrıldı

    İyulun 7-də müstəqil jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
     
    Prokurorluqdan çıxdıqdan sonra o açıqlamasında jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində dindirildiyini söyləyib:
    “Suallar jurnalist Əfqan Muxtarlı və “Meydan” TV İnternet resursun fəaliyyəti üzrə açılmış cinayət işilə bağlı idi. Meydan TV ilə əlaqəmin olmadığını söylədim. Qalan suallarını da müvafiq olaraq cavablandırdım”.

    Muxalifet - 7-07-2017

  15. “Yeriyərək getdiyim xəstəxanadan əlil arabasında çıxdım”

    «Boğazıma infeksiya düşmüşdü. 1 saylı Şəhər Klinik Xəstəxanasına getdim. Heç bir müayinə aparılmadı, həkim əlamətləri soruşdu, dedi, «aydındır, başınızda meningit var».
     
     Onurğamdan ilik çəkdilər, komaya düşdüm. Ayılanda ayağımda heç bir hissiyyat yox idi. Ayaqlarım işləmirdi. Həkim bildirdi ki, 5-10 gün ərzində düzələcək. Üç ay orda yatdım. Lakin üç ay ərzində ayaqlarım açılmadı. Xəstəxanada yatdığım müddətdə müalicəmə gərəkən dərmanları da özümə aldırdılar. Diaqnozumu səhv qoymuşdular. Bunu sonradan öyrəndim».

    Muxalifet - 7-07-2017

  16. 20 yaşlı gənc özünü asdı - FOTO

    Daha bir intihar hadisəsi Yeni Yasamalda baş verib
     
    Bakıda daha bir intihar hadisəsi olub. 20-21 yaşlarında gənc Yeni Yasamaldakı 286 saylı məktəbin həyətindəki yarımçıq tikilidən özünü asıb. İlkin versiya belədir. Hadisənin dünən axşam, yaxud bu gün səhərə yaxın baş verdiyi bildirilir. Hələlik adı açıqlanmayan gəncin Qəbələ rayonundan olduğu deyilir.
    Rəsmi qurumlar da hələlik bu barədə açıqlama yaymayıb.
    azadliq.info

    Muxalifet - 7-07-2017

  17. Həmməruzəçilər Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırır

    Avropa Şurası Parlament Assambleyası Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.
     
    APA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale, Cuzeppe Galatinin və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak, Sezar Florin Predanın birgə bəyanatında deyilir.

    Muxalifet2 - 7-07-2017

  18. “Azəriqaz” Ziya Məmmədovun “tabutunda” dəfn edilir

     “Global Services” şirkəti batan milyonlarını xilas edəcəkmi?
     

    Muxalifet - 7-07-2017

  19. Əfqan Muxtarlı işinin daha bir mühüm aspekti...

    Müsahibə
    Gürcüstan politoloqları azərbaycanlı jurnalist ilə bağlı insidenti şərh ediblər
     
    Müxalif azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstan ərazisində oğurlanması hadisəsi bu ölkə üçün kifayət qədər həssas məsələdir. Bu hadisənin siyasi nəticələri baxımından ən başlıcası Gürcüstan ictimai rəyi və beynəlxalq təşkilatların ona münasibətidir, indiki halda isə onlar oğurlanma versiyasını tam dəstəkləyir. Gürcüstan politoloqları belə hesab edirlər.

    Muxalifet - 7-07-2017

  20. Erməni tərəfi üç hərbçinin yaralandığını təsdiqləyib

    Cümə günü axşam Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfin artilleriya atəşi nəticəsində üç hərbçinin yaralandığını təsdiqləyib.
     
    Erməni tərəfin məlumatına görə, atəş D-30 və D-44 silahlarından, həmçinin minaatanlar və qumbaraatanlardan açılıb.
    Atəş nəticəsində Robert Qasparyan (1969-cu ildə anadan olub), Ambarsum Arutunyan (1997-ci il) və Vaqe Bədəlyan (1998-ci il) müxtəlif ağırlıqda qəlpə yarası alıblar.
    Xatırladaq ki, artilleriya zərbəsi ermənilərin Füzuli rayonunun Alxanlı kəndi yaxınlığındakı mövqelərinə endirilib.

    Muxalifet - 7-07-2017

Pages