Xameneyi raket sistemlərinin inkişafını istəyir
6-07-2017 22:09

İran İslam İnqilab Ordusu raket sistemləri sahəsində fəaliyyətini artırmalıdır.
Bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
“Mümkün qədər raket sistemləri ilə bağlı fəaliyyətimizi artırmalıyıq. Düşmənə sillə kimi zərbələr endirməliyik. Düşmən bizi diqqətlə izləyir. Təbii ki, bu da uğurumuzun göstəricisidir”, - Xamenei bildirib.