Axtarış

The search found 105783 results in 0.009 seconds.

Search results

  1. 20 yaşlı gənci iki nəfər döyüb – Reanimasiyadadır

    Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib
     
    Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
    Kazımağa Kərimov küçəsində 1997-ci il təvəllüdlü Zeynallı Kənan Əflatun oğlu iki nəfərlə mübahisə edib.
    Nəticədə o, döyülərək üz və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
    Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

    Muxalifet - 8-07-2017

  2. Qonşular dalaşdı, ana və oğlu döyüldü

    Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib
     
    Bakıda qonşular arasında düşən kütləvi dava xəsarətlə nəticələnib.
    Hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.

    Muxalifet - 8-07-2017

  3. Britaniya, ABŞ və Fransa BMT-nin anti-nüvə konvensiyasına qoşulmaqdan imtina edib

    Bu barədə üç ölkənin cümə günü yaydığı birgə bəyanatda deyilir
     
    Böyük Britaniya, ABŞ və Fransa heç vaxt BMT-nin mənzil-qərargahında keçirilən beynəlxalq konfransda nüvə silahlarının tamamilə qadağan edilməsi barədə qəbul olunmuş konvensiyanın iştirakçıları olmayacaq.
    TASS xəbər verir ki, bu barədə üç ölkənin cümə günü BMT-nin baş qərargahında yaydığı birgə bəyanatda deyilir.

    Muxalifet - 8-07-2017

  4. Gənc oğlan ürəyindən bıçaqlandı - BAKIDA

    Hadisə gecə saatlarında baş verib
     
    Gecə saat 4 radələrində Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
    1994-cü il təvəllüdlü Əhmədov Qərib Baloğlan oğlu Pirşağı qəsəbəsindəki küçələrdən birində bıçaqlanıb.
    O, əvvəlcə tanışı tərəfindən bayıra çağırılıb. Daha sonra tərəflər arasında mübahisə düşüb və sözügedən gənc oğlan ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 8-07-2017

  5. 2 maşın toqquşdu, 15 yaşlı yeniyetmə ağır xəsarət aldı

    O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
     
    Bakının Binəqədi rayonu ərazisində 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    "Toyota RAV4" markalı avtomobil "Mercedes"lə toqquşub.
    Ziya Əliyevin idarə etdiyi "90-EZ-404" dövlət qeydiyyat nişanlı "Mercedes"lə işıqforun yaşıl işığında sola dönmə əməliyyatı edərkın "Toyota RAV4" yol hərəkəti qaydasını pozaraq ona çırpılıb. Nəticədə "Mercedes"də sərnişin qismində olan və hazırda şəxsiyyəti bilinməyən 15 yaşlı yeniyetmə xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 8-07-2017

  6. Qubada yanaraq ölən kişi və qadının şəxsiyyəti məlum olub

    Bunlar Qazax və Xudat sakinləri olublar
     
    Bu gün Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
    Bunlar Xaçmaz rayonunun Müşkür kəndində yaşayan 32 yaşlı Qazax rayon sakini Rəhman İşıqov və 16 yaşlı Xudat şəhər sakini Ulviyyə Məmmədovadır.
    Qəzada həlak olan Rəhman İşıqov ailəlidir, yanında həlak olan sərnişin qadın isə onun tanışıdır.
    Qəzanın başvermə səbəbləri və digər detallar aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq.

    Muxalifet - 8-07-2017

  7. Gənc qız qolunu şüşə ilə doğrayıb

     Bakıda gənc qız özünə xəsarət yetirib
    .
    Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
    1995-ci il təvəllüdlü A.Mustafayeva sol qolunu şüşə ilə bir neçə yerdən kəsib. Onun bu əməlinin səbəbi məlum deyil. Çoxlu qan itirən gənc qız yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-07-2017

  8. ABŞ Senatında Rusiyaya qarşı yeni SANKSİYALAR...

    ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsi təqdim edilib
     
    ABŞ Senatının Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsinin rəhbəri Ed Roys Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini təqdim edib.
     Reuters agentliyinin verdiyi xəbərə görə, buna səbəb kimi Rusiya tərəfindən yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin pozulması göstərilir.

    Muxalifet - 8-07-2017

  9. Tillerson: “Tramp və Putin dil tapdılar”

    ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.
     
    RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
     “Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, deyə R.Tillerson bildirib.

    Muxalifet - 8-07-2017

  10. Türkiyədə yeni “millətçi” partiya qurulur

    Türkiyə millətçiləri yeni partiya qurur.
     
    Bu haqda Türkiyə Böyük Millət Məclisinin deputatı Ümid Özdağ özünün Feysbuk hesabında yazıb.
    Özdağ bəyan edib ki, yeni qurulacaq partiyanın rəhbərliyinə siyasətçi Meral Akşener gətiriləcək.

    Muxalifet - 8-07-2017

  11. Akrobat 28 metrdən yıxılaraq öldü - VİDEO

    İspaniyanın "Mad Cool" musiqi festivalında 28 metrlik yüksəklikdən yıxılan akrobat ölüb.
     
    Bu barədə şou təşkilatçıları məlumat veriblər.
    İnsident Amerikanın "Green Day" rok qrupunun çıxışı öncəsi baş verib. Akrobat hadisə yerində keçinib.

    Muxalifet - 8-07-2017

  12. Taksi sürücüsü Bakıda turistdən 5000 dollar aldı

    Bakıda taksi sürücüləri ABŞ-dan gələn turistdən böyük qazanc əldə edib.
     
    Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
    Sabail rayonu 39-cu polis bölməsinə şikayətlə müraciət edən Elizabet Rouz (1970) bildirib ki, Azərbaycana istirahət etmək üçün gəlib və taksi sürücüləri tərəfindən aldadılıb. Rouzun sözlərinə görə, taksi ona həddən artıq yüksək qiymətlərlə xidmət göstərib. 22 iyun tarixində Ramin adlı taksi sürücüsü turisti Bakıda gəzdirmək adı ilə 1380 ABŞ dolları pul alıb.

    Muxalifet - 8-07-2017

  13. Tofiq Zülfüqarov: “Ermənistana ultimatum vermək lazımdır”

     “Bəyan olunmalıdır ki, təhlükəsizliyin bərqərar olunmasını istəyirsinizsə, qoşunu 15 km arxaya çəkin”
     
    İyulun 4-də işğalçı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 18 aylıq Zəhra və nənəsinin qətlə yetirilməsi Qarabağ danışıqlarının mənasız olduğunu və işğalçı ilə “öz dilində” - silahla danışmağın zəruriliyini ortaya qoydu. Yaranmış yeni situasiya ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət etdik.

    Muxalifet - 8-07-2017

  14. Melaniya Trampla Putinin görüşünə müdaxilə edib

     ABŞ-ın birinci xanımı Melaniya Trampdan Putinlə Trampın görüşünə müdaxilə etməsi xahiş olunub.
     
    Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
    O bildirib ki, görüşün uzun çəkdiyini görən Melaniya Tramp da otağa daxil olaraq, liderlərdən danışıqlara son verməyi istəyib:
    “Qarşılıqlı fikir mübadiləsi və maraq o səviyyə çatdı ki, heç kim söhbəti dayandırmaq istəmədi. İnsanlar otağın qapısını açıb, içəri baxırdı. Hətta sonra Melaniya Trampdan da görüşə müdaxilə etmək xahiş olundu, lakin bacarmadılar”.

    Muxalifet - 8-07-2017

  15. Bazara oğlunu əvəz etməyə gələn ata ÖLDÜ

    Gəncə şəhər Mərkəzi bazarında (Keçəllər bazarı) ölüm hadisəsi baş verib.
     
    Yerli sakin 1964-cü il təvəllüdlü Əliyev Mobil Əliqulu oğlu bu gün səhər saatlarında bazarda dünyasını dəyişib.
    Belə ki, M.Əliyev bazarda satıcı işləyən oğlunu əvəz etmək üçün işə gələrkən qəfildən halı pisləşib. Dərhal Təcili tibbi yardım çağırılıb. Amma onu həyata qaytarmaq mümkün olmayıb.
    Faktla bağlı araşdırmalara başlanılıb.
    Qeyd edək ki, M.Əliyevin oğlu bazarda satıcı işləyir. O, bu gün oğlunu əvəz etmək üçün işə gəlibmiş.

    Muxalifet - 8-07-2017

  16. Yarmarkadan 3 milyon funt sterlinq zinət əşyası oğurlanıb

    Polis bir nəfər də olsun şahid tapa bilməyib
     
    London polisi “Masterpiec” əntiq mallar yarmarkasından oğurlanan, dəyəri 3 milyon funt sterlinq olan bəzək zinət əşyası ilə bağlı araşdırmanı davam etdirir.
     “The Art Newspaper” xəbər verir ki, zinət əşyası yarmarkanın İsveçrə zərgərlik stendindən oğurlanıb.
    Polis bir nəfər də olsun şahid tapa bilməyib. Məlumata görə, yarmarkada gecə-gündüz mühafizə və video müşahidə sistemi fəaliyyət göstərir.
    Qeyd edək ki, bu il həmin yarmarkanı 44 min nəfər ziyarət edib.

    Muxalifet - 8-07-2017

  17. Alıxanlıdan qayıdan qazilər qəzaya düşdülər – FOTO

    Alxanlıdan yas mərasimindən qayıdan qazilər Natiq Mehdiyev və Ülfət Həsənov qəzaya düşüblər.
     
     Yol nəqliyyat hadisəsi Ələt yolunda baş verib.
    Hadisə ilə bağlı azvision.az-a açıqlama verən Ülfət Həsənov ciddi xəsarət almadıqlarını deyib.
    “Ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsinin qəbrini ziyarət etmək üçün Füzuliyə getmişdik. Qəza Alxanlıdan qayıdarkən Ələt yolunda baş verdi. Vəziyyətimiz yaxşıdır. Ciddi xəsarət almamışıq”.

    Muxalifet - 8-07-2017

  18. Çexiyada öldürülən azərbaycanlı biznesmenin qətlində yeni detallar

    Azərbaycan dövlətinin də diqqət mərkəzində olan cinayət işi ilə bağlı saxlanılanlar var; lakin qətlin motivi hələ də qaranlıq qalır...
     
    Bizneslə məşğul olduğu Çexiyanın paytaxtı Praqada iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, “TERN Transport & Trading CZ” şirkətinin baş direktoru Rəşad Qafarovun qətli ilə bağlı saxlanılanlar var. Hazırda istintaq davam edir. Saxlanılanlar bir neçə nəfərdir. İstintaq onların qətlə aidiyyətlərini araşdırır.

    Muxalifet - 8-07-2017

  19. Bu gün Hamburqda Türkiyə və Rusiya prezidentləri görüşəcək

    Almaniyanın Hamburq şəhərində G20 samitinin ikinci – sonuncu günü başlayıb.
     
     Birinci gündən fərqli olaraq, bu gün “Böyük 20-liy”in zirvə görüşündə daha sakit gün gözlənilir.
    Şənbə günü Hamburqda Vladimir Putinin dörd görüş planlaşdırdığı məlum olub. Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, Almaniya federal kansleri Angela Merkel və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə görüşəcək.

    Muxalifet - 8-07-2017

  20. Hamburqda üç liderin görüşü başladı - Süfrə arxasında...

    Bu gün səhər Hamburqda "G-20" sammitində iştirak edən Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş başlayıb.
     
    RİA-Novosti xəbər verir ki, gözlənildiyinə görə, üç lider "Atlantika" otelində səhər yeməyi süfrəsi arxasında "İyirmiliy"in aktual mövzusunu müzakirə edəcəklər.
    Bu günün əsas mövzusu Ukrayna böhranıdır./teleqraf.com

    Muxalifet - 8-07-2017

Pages