45 yaşlı kişi kafedə boğazından bıçaqlandı
7-07-2017 09:19

45 yaşlı Emir Məmmədov dostları ilə yeyib-içərkən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb
Bakıda 45 yaşlı kişi boğazından bıçaqlanıb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Yeni Yasamal yaşayış massivindəki kafelərdən birində 45 yaşlı Əmir Məmmədov dostları ilə yeyib-içərkən onlardan biri tərəfindən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Nəticədə o, çoxlu qan itirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.