Axtarış
The search found 105779 results in 0.015 seconds.
Search results
Meyvə çəyirdəyi boğazında qaldı, ÖLDÜ - LƏNKƏRANDA
Mərkəzi Xəstəxanaya çatdıralana qədər yeniyetmə dünyasını dəyişib
Lənkəranda boğazında şaftalı çəyirdəyi qalan 14 yaşlı Nəsirzadə Taleh Anar oğlu boğularaq ölüb.
Hadisə Lənkəran şəhərinin Səmədzadə küçəsində baş verib.
Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdıralana qədər yeniyetmə dünyasını dəyişib.Muxalifet - 6-07-2017
Rusiya XİN-dən “növbətçi” və qeyri adekvat açıqlama
"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq".
Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.Muxalifet - 6-07-2017
Le Monde: Azərbaycanlı uşağın ölümü Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir
"Zəhra adlı azyşalı azərbaycanlı davam edən Dağlıq Qarabağ münaqişəsinin növbəti qurbanına çevrildi. Təxribatları davam etdirən Ermənistan uşağın və onun nənəsinin ölümündə birbaşa məsuliyyət daşıyır".
Bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri olan “Le Monde” qəzeti yazır.
Məqalədə qeyd olunub ki, bu azyaşlı uşaq və onun nənəsi elan olunmamış müharibə şəraitində davam edən zorakılıq səbəbindən həlak oldular: "İnternetdə yayılan fotolar dəhşətlidir. Onların ölümü Ermənistanın açıq-aşkar təcavüzkar siyasətinin nəticəsidir".Muxalifet - 6-07-2017
“Ermənistan ikinci İŞİD-dir” – Türkiyə Qəzetiçilər Federasiyası
Türkiyə Qəzetçilər Federasiyası Ermənistanı ikinci İŞİD adlandırdı - EKSKLÜZİV
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.
2 yaşlı Zəhranın qətl edilməsi bütün dünyada erməni vəhşiliyi kimi qəbul olunur.Muxalifet - 6-07-2017
Erməni politoloq: “Azərbaycanlılar müharibəyə başlayarlarsa, qabağı alınmayacaq...”
“Sülh danışıqlarının aparılmadığı şəraitdə irimiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər.
Ermənistan KİV xəbər verir ki, bu barədə “168 Jam” qəzetinə politoloq Areq Qalstyan deyib.
Onun fikrincə, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyə qərar versə, beynəlxalq birlik buna mane ola bilməyəcək.Muxalifet - 6-07-2017
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olunub
Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə qədər 54 p.m elektrik kabeli yanıb.
FHN-in saytının verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 23 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet - 6-07-2017
İrandan Azərbaycana ÇAĞIRIŞ: "Qarabağ münaqişəsinə son qoymaq üçün qəti addımlar atın!"
"Erməni qoşunları tərəfindən iki Azərbaycan vətəndaşı, o cümlədən bir uşağın öldürülməsi mühakimə olunmalıdır".
Bunu İran parlamenti spikerinin müşaviri Mənsur Həqiqətpur deyib.
O qeyd edib ki, dinc sakinlər siyasi mübahisələrin qurbanı olmamalıdır: "Dağlıq Qarabağ tarixən Azərbaycana məxsusdur".
M.Həqiqətpur, həmçinin Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün qəti addımlar atmağa çağırıb/Trend.Muxalifet - 6-07-2017
Mersedes kanala düşüb – 5 nəfər ağır yaralanıb
Ağdaş-Xaldan yolunda "Mercedes" markalı avtomobil kanala düşüb.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Onlardan üçü kişi, biri isə qadındır.
Yaralılar Ağdaş Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Baş vermiş qəzada yaralanmış şəxslərin adları məlum olub.
Yaralılar bunlardır:
Sürücü, Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Cəlilov Yəhya Səlim oğlu,
Ağdaş rayonunun Yuxarı Ləki kənd sakini, 1940-cı il təvəllüdlü təvəllüdlü Mustafayev Cəmil Səməd oğlu,Muxalifet - 6-07-2017
Rusiyalı politoloq: "Azərbaycanlı uşağın qətlə yetirilməsi erməni hərbçilərin acizliyidir"
Texniki cəhətdən dinc əhalinin yaşadığı məhəllə möhkəmləndirilmiş atəş mövqeyindən daha rahat hədəfdir
Rusiya, ABŞ və Fransada Dağlıq Qarabağ münaqişəsini görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində "dondurulma"nın dominant istiqamət olduğu sezilir. Bu barədə rusiyalı politoloq Nikita Qolobokov Ermənistanın iyulun 4-də törətdiyi təxribatı şərh edərkən bildirib.Muxalifet - 6-07-2017
Bolqarıstanda türklər 10 gündür küçəyə çıxa bilmir
Onlar sosial şəbəkələrdə də hədələnirlər
Bolqarıstanda ölkənin türk və qaraçı vətəndaşları son 10 gündə onlara qarşı keçirilən aksiya ilə əlaqədar küçəyə çıxmaqdan qorxurlar.
Türkiyə KİV xəbər verir ki, Bolqarıstanda türklərin sıx yaşadığı Asenovqrada ölkənin başqa şəhərlərindən axın edən 7-8 min aksiyaçı toplanıb.
İnformasiyaya əsasən, türklərə qarşı keçirilən bu aksiyanın iştirakçılarından 9-u tutulub.
Bolqarıstan vətəndaşı olan türklər sosial şəbəkələrdə də hədələnirlər.Muxalifet - 6-07-2017
"BMW" və “Mercedes” toqquşub, 5 nəfər xəsarət alıb - SALYANDA
Salyan rayonun Quyçu kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən BMW və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Sumqayıt sakinləri, 1974-cü il təvəllüdlü Ələkbərova Əmanət Bulud qızı, 1978-ci il təvəllüdlü Hüseynov Zaur Möhlət
Oğlu, Astara sakini, 1987-ci il təvəllüdlü Cabbarov Sadiq İsgəndər oğlu, Cəlilabad sakini, 1953-cü il təvəllüdlü İsmiyev Adil Toppuş oğlu və 1976-cı il təvəllüdlü Tahirov Çingiz Tanrıverdi oğlunun vəziyyəti normaldır.Muxalifet - 6-07-2017
Praqada bıçaqlanandan sonra Rəşad Qafarov yaralı vəziyyətdə qəza törədib
Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti “Tern Transport & Trading CZ”-in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.
virtualaz.org Çexiya mənbələrinə istinadən xəbər verir ki, Rəşad Qafarova onun təsisçisi olduğu digər şirkətin-“Caspan Logistic Services”in hüquqi ünvanı yerləşən Argentinska 12-nin yaxınlığında hücum ediblər. Hadisə iyunun 29-da, günün günorta çağı baş verib.Muxalifet - 6-07-2017
BMT TŞ-nin üzvləri Şimali Koreyaya qarşı vahid fikrə gələ bilmədilər
BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Şimali Koreyaya qarşı cavab tədbirləri ilə əlaqədar vahid fikrə gələ bilməyiblər.
Bu ölkə iyulun 4-də ilk qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyi barədə məlumat yayıb.
NHK telekanalının yaydığı məlumata görə, BMT TŞ-nin üzvləri Şimali Koreyanın bu addımına qarşı cavab tədbirlərini müzakirə etmək üçün iyulun 5-də toplaşsalar da, bu məsələdə vahid mövqeyə gələ bilməyiblər.Muxalifet - 6-07-2017
“Ermənilər oyuncağın içinə partlayıcı qurğu qoymuşdular” - Polad Bülbüloğlu
"Cəbhədə ermənilər tərəfindən azərbaycanlı uşaqların öldürülməsi birinci hal deyil.
Bundan öncə də belə vəhşi hadisələr olub. Bir neçə il bundan qabaq ermənilər oyuncağın içinə partlayıcı qurğu yerləşdirmişdilər”.
Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.Muxalifet - 6-07-2017
RUSİYALI MİLYONÇUNUN BAKIDAKI ŞİRKƏTİ BAĞLANDI – Ləğvinə başlanıb
Biznesini əsasən Rusiyada cəmləşdirən Azərbaycan əsilli işadamı, «ISR Holding» şirkətlər qrupunun prezidenti İskəndər Xəlilovun Azərbaycandakı şərikli şirkətinin ləğvinə başlanıb. Bu haqda «Vergilər» qəzetinin 5 iyul tarixli xüsusi buraxılışında məlumat verilir.
Muxalifet - 6-07-2017
Daha bir dövlət şirkəti çökür
Ötən il və bu il dövlət şirkətlərinin zəiflədikləri və zərərə düşdükləri müşahidə olunur.
Bu “karvana” Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də qoşulub. Həm bazarın daralması, həm də rəqiblərinin bazarı ələ keçirməsilə əlaqədar olaraq “Azərsığorta” tənəzzül edir.Muxalifet - 6-07-2017
Ərdoğan ABŞ-ı ittiham etdi
Fransanın “France 24” televiziya kanalına müsahibә verәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan sualları cavablandırıb.
Muxalifet - 6-07-2017
Həbsdəki jurnalist Ramil Usubovu “zona” dəvət etdi
Həbsdə olan jurnalist, 7gün.az saytının baş redaktoru, siyasi məhbus Cavid Şirəliyev daxili işlər naziri Ramil Usubova müraciət edərək, onu özünün cəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib.
C.Şirəliyev polisdə məruz qaldığı işgəncə izlərini nazirə göstərmək niyyətindədir.Muxalifet - 6-07-2017
“Azərbaycan Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalıdır” – TOFİQ ZÜLFÜQAROV
“ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcburetmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizmanaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin. Bu baxımdan məsələ doğrudan da gərgindir”.
Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.Muxalifet - 6-07-2017
Avropa Parlamentindən Türkiyə əleyhində QƏRAR
Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin müzakirə olunmasını qadağan edən qanun layihəsini qəbul edib.
Avropa Parlamentinin 477 üzvü hollandiyalı parlamentari Kati Piri tərəfindən hazırlanan layihənin lehinə səs verib.
Qanun layihəsində bu qadağaya aprelin 16-da Türkiyədə referendumdan sonra qəbul edilən konstitusiya dəyişiklikləri paketi səbəb göstərilib.Muxalifet - 6-07-2017