Axtarış

The search found 105857 results in 0.101 seconds.

Search results

  1. SON DƏQİQƏ! - Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Muxalifet4 - 4-04-2020

  2. Azərbaycanda koronavirusa yoluxanların sayı 521 nəfərə çatdı

    Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalarda müalicələrdə alanların sayı açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
    Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Muxalifet4 - 4-04-2020

  3. ABŞ maskaların yarısını ələ keçirdi - Almaniyada bunu “müasir quldurluq” adlandırdılar

    “200 min maska ABŞ-a yönləndirilib”

    Almaniyanın bir ABŞ firmasına pulunu əvvəldən verərək aldığı 400 min ədəd maskanın yarısını ABŞ-ın ələ keçirdiyi iddia edilir.

    Muxalifet4 - 4-04-2020

  4. KARANTİN REJİMİNİN TƏLƏBLƏRİ HAQDA MƏLUMATSIZLIQ… - Vətəndaşların bəzi hallarda əsassız olaraq saxlanıldığı və cərimələndiyi haqda şikayətlər var

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasını əngəlləmək məqsədilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək qadağaları sərtləşdirəcək. Operativ Qərargah bir neçə gün öncədən ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı açıqlayıb. Həmin qərara əsasən, aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

    Muxalifet4 - 4-04-2020

  5. "Koronavirusla mübarizədə vəfat edənlər şəhiddirlər" - ŞEYX

    "Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər".
    Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxüslam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.

    Muxalifet4 - 4-04-2020

  6. Azərbaycanda koronavirusdan ölənlərin dəfni üçün din xadimləri ayrılacaq

    "Koronavirus pandemiyasından ölən şəxslərin dəfni prosesində iştirak edəcək din xadimləri üçün xüsusi icazə olacaq".
    Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib.

    Muxalifet4 - 4-04-2020

  7. Hövsanda hərbi qulluqçulara 436 mənzil verildi - VİDEO

    Ölkəmizdə hərbiçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər davam etdirilir. 
    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.

    Muxalifet4 - 4-04-2020

  8. İtaliyada koronavirus pandemiyası ilə mübarizədə faciəvi səhvlər... - RUSİYALI VİRUSOLOQDAN AÇIQLAMA

    Sankt-Peterburqdakı Pasteur Rospotrebnadzor Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini, İtaliyanın Berqamo vilayətinə göndərilən rusiyalı virusoloq Aleksandr Semenov koronavirusa yoluxanlara kömək etmək üçün iş şəraitini izah edib və vəziyyətin nəyə görə dramatik olduğunu əsaslandırıb.

    Virtualaz.org bildirir ki, bu barədə o, "Kommersant" a müsahibəsində danışıb.

    Muxalifet4 - 4-04-2020

  9. Qarabağda bir nömrəli olqarx “seçkiləri” pulla alıb - “HƏM SƏRKİSYANI QANE EDİR, HƏM PAŞİNYANI...”

    Azərbaycanın işğal edilmiş ərazilərində martın 31-də, dünyada və o cümlədən Ermənistanda koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda keçirilən, beynəlxalq ictimaiyyətin tanımadığı “seçkilərdə” qalib olmasa da qondarma rejimə kimin başçılıq edəcəyi aydındır. Virtualaz.org qeyd edir ki, aprelin 14-nə təyin edilmiş “ikinci turda” Qarabağın bir nömrəli oliqarxı, işğal edilmiş ərazilərdə iri biznesi olan, nəhəng ölçülərdə əkin sahələri yaradan keçmiş “baş nazir” Araik Arutyunyanın qondarma “prezident” elan ediləcəyi artıq şübhə doğurmur.

    Muxalifet4 - 4-04-2020

  10. Bill Qeyts: Koronavirusla mübarizədə bir neçə milyard dollar boşa xərclənəcək

    Amerikalı milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeyts dünən qatıldığı “The Daily Show'” verilişində yeni növ koronavirusa qarşı mübarizə çərçivəsində atacağı addımları izah edib.
     
    Milyarder Bill və Melissa Qeyts Fondunun koronavirusa qarşı vaksin sınaqlarına bir-bir dəstək vermək əvəzinə, eyni vaxtda yeddi fərqli vəd verən peyvənd testinin keçirildiyi fabrikləri dəstəklədiyini deyib.
     

    Muxalifet4 - 4-04-2020

  11. Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
     
    Sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.
     

    Muxalifet4 - 4-04-2020

  12. KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

    Muxalifet4 - 4-04-2020

  13. MTRŞ-yə üzv yeni üzv təyin edildi

    İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
     
    "Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Muxalifet4 - 4-04-2020

  14. Sabahdan bu yolla sərnişindaşıma QADAĞAN OLUNACAQ - RƏSMİ

    "Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq".

    Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

    Muxalifet4 - 4-04-2020

  15. KİVDF-nin yeni rəhbəri kimdi? - DOSYE / YENİLƏNİB

    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

    Muxalifet4 - 4-04-2020

  16. İtaliya baş nazirinin mühafizəçisi koronavirusdan öldü

    İtaliyanın baş naziri Cüzeppe Kontenin mühafizəçisi koronavirusun qurbanı olub.

    “Anadolu” xəbər verir ki, ölən 52 yaşlı Corcio Quastamakkiadır.

    Məlumata görə, mühafizəçiyə koronavirus diaqnozu ötən gün qoyulub. O, bu gün səhər xəstəlikdən dünyasını dəyişib.

    İki uşaq atası olan C.Quastamakkianın son zamanlar baş nazir C.Konte ilə yaxın təmasda olmadığı, onunla xarici səfərlərə getmədiyi vurğulanır.

    Muxalifet4 - 4-04-2020

  17. Fransa ordusunun 600-a yaxın əsgərində koronavirus aşkarlandı

    Fransa Müdafiə naziri Florens Parli təxminən 600 əsgərin koronavirus testinin müsbət çıxdığını açıqlayıb.

    CNN Türk-ün verdiyi xəbərə görə, nazir bildirib ki, əsgərlərin vəziyyətinə nəzarət olunur.

    “Bu, ordunun işini yerinə yetirməsinə təsir göstərməyəcək”, - deyə nazir qeyd edib./apa

    Muxalifet4 - 4-04-2020

  18. "İsti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır” - ADİL QEYBULLA

    “Azərbaycanda isti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

    Muxalifet4 - 4-04-2020

  19. Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü

    Türkiyədə son bir gündə 76 nəfər pandemiyanın qurbanı olub.

    Muxalifet.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib.

    Nazir deyib ki, koronavirusa yoluxanların sayı son 24 saat ərzində 3 013 nəfər artaraq 23 934 nəfərə çatıb. 

    Eyni zamanda 1 311 pasiyentin vəziyyəti ağır olsa da, 786 xəstə sağalaraq evə buraxılıb.

    Muxalifet4 - 4-04-2020

  20. Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

    Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 162-yə çatıb.
     
    Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
     
    Koronaviruslu xəstələrin 36-sı sağalıb, biri ölüb.
     
    Karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır./Report

    Muxalifet4 - 4-04-2020

Pages