Axtarış
The search found 105857 results in 0.081 seconds.
Search results
SON DƏQİQƏ! - Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi
Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.
Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.Muxalifet4 - 5-04-2020
Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı
Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.
Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub. Qeyd edək ki hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.Muxalifet4 - 5-04-2020
"Bu dövrdə də qadınlar evlərində zorakılığa məruz qalır" - BMT-nin BAŞ KATİBİ
BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və koronavirusla (COVID-19) mübarizə ilə bağlı yeni bəyanat yayıb.
Bəyanatda COVID-19 pandemiyasının dünyada insanlara ağlasığmaz əziyyət verdiyi və iqtisadiyyatın iflasına səbəb olduğu bildirilib.
Muxalifet4 - 6-04-2020
HACI ƏBDÜL VƏFAT ETDİ - 80 yaşlı axundun ölüm səbəbi...
“Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül Əbdülov 80 yaşında vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.
O, dünən gecə saatlarında ürək tutmasından ölüb.
Hacı Əbdül bu gün günorta saatlarında "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.Muxalifet4 - 6-04-2020
Zərdabda dəhşətli intihar olayı - 16 YAŞLI QIZ KİMYƏVİ MƏHLUL İÇDİ...
Zərdab rayonunun Bəyimli qəsəbəsində 16 yaşlı qız ölüb.
Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdlü M.G. yaşadığı evdə kimyəvi məhlul içib.
Valideyinləri dərhal onu rayon mərkəzi xəstəxanasına aparıblar.Həkimlərin səylərinə baxmayaraq, gənc qızın həyatını xilas etmək olmayıb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırılma aparılır./ReportMuxalifet4 - 6-04-2020
Gürcüstanda koronavirusa yoluxanların sayı artıdı – RƏSMİ AÇIQLAMA
Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı artıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Ölkədə 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə ölüb.
Hazırda karantində 5 056, stasionar nəzarətdə isə 386 nəfər saxlanılır.Muxalifet4 - 6-04-2020
20-65 yaş aralığında olan vətəndaşlara pulsuz maska paylanacaq - TÜRKİYƏDƏ
Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlar müvafiq qeydiyyatdan keçərək pulsuz maska əldə edəcəklər.
Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Baş Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsindən yaydığı açıqlamada bildirib.
Muxalifet4 - 6-04-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötdü – BU GÜN DAHA 18 NƏFƏRDƏ DƏHŞƏTLİ VİRUS AŞKARLANDI
Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 602-yə çatıb.
Muxalifet.az xəbər verir ki, onlardan 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.Muxalifet4 - 6-04-2020
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı
“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Muxalifet4 - 6-04-2020
Əli Həsənovun “mogikan”larının başı dərddə - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR…
Aprelin 4-də prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərlini vəzifəsindən azad etməsi ölkə mediası üçün gözlənilən olsa da, bəzi suallar da doğurub. Xüsusən də illərdir KİVDF-dən “qidalanan” qəzet redaksiyaları bu qurumun rəhbərliyində baş verən dəyişikliyin nə ilə nəticələnəciyini həyacanla gözləməkdədir.
Muxalifet4 - 6-04-2020
"Aktivlərin zamansız və məcburi satışına ehtiyac yoxdur" - ARDNF-dən AÇIQLAMA
ARDNF-nin büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqlamasında qeyd edilib.
Muxalifet4 - 6-04-2020
Maddi imkanı məhdud olan tələbələrin təhsil haqları ilə bağlı nazirlikdən AÇIQLAMA
"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir".
Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O qeyd edib ki, qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək olacaq.
Muxalifet4 - 6-04-2020
Bolnisidə 8 nəfər koronavirusa yoluxdu - 208 NƏFƏR KARANTİNDƏDİR
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda əhali arasında tibbi yoxlamanın birinci mərhələsi başa çatıb.
Belə ki, bələdiyyədə 48 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb.
Bolnisinin İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili bildirib ki, rayonda koronavirusa 8 yoluxma halı təsdiqlənib.
O deyib ki, Bolnisidə 208 nəfər özünütəcriddə, 37 nəfər isə karantindədir.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 188 nəfər yoluxub. Onların 36-sı sağalıb, 2-si isə ölüb./ReportMuxalifet4 - 6-04-2020
Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMA
Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib.
“The Village” xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir.
Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edir.
Muxalifet4 - 6-04-2020
Ruslar Azərbaycan pomidorundan imtina edir - SƏBƏB
Rusiya Meyvə-Tərəvəz İstehsalçıları Birliyi Azərbaycan, Türkiyə, Çin və Mərakeşdən bu ölkəyə pomodor idxalına iki aylıq qadağa qoyulmasını tələb edir.
Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən qurum bu tələblə Rusiya Kənd Təsərrüfatı Nazirliyinə məktub göndərib.
Muxalifet4 - 6-04-2020
Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) çağırışçılara müraciət edib.
SHXÇDX müraciətdə çağırışçıları koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırıb:
"Əziz çağırışçılar!
Muxalifet4 - 6-04-2020
Almaniyada qaçqın düşərgəsində qarşıdurma: sığınacaq axtaranlar qaçdı - VİDEO
Almaniyada xüsusi karantin rejiminin tətbiq olunduğu qaçqın düşərgəsində ciddi qarşıdurma yaşanıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, Saksoniya-Anhalt əyalətinin Halberstadt şəhərindəki düşərgənin sakinləri polis tərəfindən qoyulan maneələri aşıraraq qaçmağa çalışblar. Buna səbəb isə, karantin rejimi ilə əlaqədar düşərgə sakinlərinə binadan çıxışın qadağan edilməsi olub.
Muxalifet4 - 6-04-2020
Dünyada koronavirusdan ölənlərin sayı 70 mini ötdü - 1,3 MİLYON YOLUXMA VAR
Dünyada koronavirus qurbanlarının sayı 70 182 nəfərə çatıb.
Belə ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (15 887), İspaniya (13 055), ABŞ (9 267), Fransa (8 078) və Böyük Britaniyada (4 934) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 300 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.
Muxalifet4 - 6-04-2020
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - DƏHŞƏTLİ VİRUSA YOLUXANLARIN SAYI 641 NƏFƏR OLDU
Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Eyni zamanda koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet4 - 6-04-2020
Azərbaycanda karantində olanların sayı açıqlandı - RƏSMİ
Azərbaycanda koronavirusa görə karantinə yerləşdirilənlərin sayı məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4 369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.Muxalifet4 - 6-04-2020