Axtarış
The search found 105857 results in 0.088 seconds.
Search results
Akif Çovdarov ƏFV EDİLDİ - Sərəncam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il azadlıqdan məhrum olunmuşdu.
Muxalifet4 - 6-04-2020
İlham Əliyev əfv sərəncamı imzaladı - ŞOK İSİMLƏR ƏFV EDİLDİ / SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Muxalifet4 - 6-04-2020
Daha bir MTN genralı əfv edildi - SƏRƏNCAM
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.
Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda S.Qurbanovun da adı var.
Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.Muxalifet4 - 6-04-2020
Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Koronavirus pandemiyası Cənubi Amerika ölkəsi Ekvadorda çöküşə səbəb olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ölkədə infeksiyaya yoluxan şəxslər küçədəcə dünyasını dəyişir.
Quayaquil şəhərində 150-yə yaxın cəsəd küçələrdə qalıb. Səlahiyyətli şəxslərin sahib çıxması ümidilə yollara qoyulan cəsədlər təmizləmə işlərinin 3 gün davam etməsi səbəbilə çürüməyə başlayıb.
Muxalifet4 - 6-04-2020
Gürcüstanda iki azərbaycanlı koronavirusa yoluxdu
“Bolnisi və Marneuli rayonlarında koronavirusa iki yeni yoluxma halı qeydə alınıb”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, yoluxan Bolnisi sakini - 87 yaşlı kişi koronavirusdan ölən qadının həyat yoldaşıdır.
Qubernatorun sözlərinə görə, həmin şəxsdə ürəyin işemik xəstəliyi də olub.
Muxalifet4 - 6-04-2020
Əfv sərəncamı yaşı 65-dən yuxarı olan 176 məhkuma şamil olunub
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Muxalifet4 - 6-04-2020
QARABAĞDA ERMƏNİ ƏSGƏRİ YOX, TERRORÇULAR VAR! – Məğrur Bədəlsoy yazır...
Kütləvi İnformasiya Vasitələrinin (KİV) Qarabağdakı terrorçu birləşmələrinin yaraqlılarını “əsgərlər” kimi qələmə vermələri şəhidlərimizin ruhlarını, qazilərimizin ürəklərini incitməklə yanaşı, elin-obanın bəyinə - bəyiminə, ərinə - xanımına sayğısızlıqdan özgə bir şey deyil. Torpağını, Bayrağını, yurd-yuvanı tapdalayan işğalçının bir adı var: TERRORÇU!
Muxalifet4 - 6-04-2020
Əli Həsənovun daha bir "mogikanı" vəzifəsini itirdi - MTRŞ SƏDRİ VƏZİFƏSİNƏ İSMƏT ABBASOV SEÇİLDİ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Muxalifet4 - 6-04-2020
Koronavirus pandemiyası bu tarixdə pik nöqtəsinə çatacaq... - PROFESSORDAN AÇIQLAMA
May ayının əvvəlində koronavirusa yoluxanların sayı maksimum həddə çatacaq.
“RİA Novosti” xəbər verir ki, bunu agentliyə İstanbul Universitetinin tibb fakültəsinin professoru Zeki Kılıçaslan söyləyib.
“Tükiyədəki kimi dünyada da pandemiya öz zirvəsinə mayın əvvəlinə çatacaq, bundan sonra xəstələnmələrin sayı əyri xətt üzrə enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər, ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcək”, - professor açıqlayıb.Muxalifet4 - 6-04-2020
MTRŞ-nın yeni sədri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri təyin olunub.
Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub.
O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Muxalifet4 - 6-04-2020
Operativ Qərargah saxta sənəd verən qurumlara xəbərdarlıq etdi
Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib
Tədbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir.
Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.
Muxalifet4 - 6-04-2020
“Siyasi partiya rəhbərlərinin sərbəst hərəkətinə icazə verilməlidir” – MÜXALİF PARTİYA HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ
ADP İdarə Heyəti özünün növbəti virtual toplantısını keçirib. Toplantıda ötən həftə ərzində ölkədə baş verən bir sıra mühüm hadisələr müzakirə olunub.
Muxalifet4 - 6-04-2020
Neftçalada ata və oğlunun su kanalında necə batdığı məlum oldu / YENİLƏNİB - 2
Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.
***
Muxalifet4 - 6-04-2020
İtaliyada koronavirusdan ölənlərin sayı 16,5 mini ötdü - 133 MİN NƏFƏRƏ YAXIN İNSAN VİRUS DAŞIYICISIDIR
İtaliyada son sutka ərzində daha 636 nəfər koronavirusun qurbanı olub.
Bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli bildirib.
O, deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 16 523 nəfərə çatıb.
Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3 599 nəfər artaraq 132 547-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.Muxalifet4 - 6-04-2020
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Dünyada indiyədək 1 312 494 insanda koronavirus infeksiyası aşkarlanıb.
Yoluxma sayına görə ABŞ (349 992), İspaniya (135 032), İtaliya (132 547) və Almaniya (101 089) ilk sırada qərarlaşıblar.
Pandemiya qurbanlarının sayı 72 636, sağalanların sayı isə 275 068 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb./ReportMuxalifet4 - 6-04-2020
Bu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.
Muxalifet.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Muxalifet4 - 6-04-2020
Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü
Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.
"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.Muxalifet4 - 6-04-2020
ABŞ-da pandemiya qurbanlarının sayı 10 mini ötdü
ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 335 nəfərə çatıb.
Bundan başqa, ABŞ-da 340 minə yaxın şəxs infeksiyanın daşıyıcısıdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 300 000-i ötüb.Muxalifet4 - 6-04-2020
5G texnologiyası koronavirusun yayılmasına səbəb olur? - TÜRK ANALİTİKDƏN SENSASİON AÇIQLAMALAR / Video
2019-cu ilin dekabrında koronavirus pandemiyası Çində yayılmağa başlayarkən, bu virusun laboratoriyalarda hazırlandığı haqda fikirlər səsləndi. Əlbəttə, bunlar sadəcə ehtimallar idi. Lakin ehtimallarla bərabər, virusun yayılması və mutasiyaya uğramasında 5G texnologiyasının da xüsusi rolunun olması müzakirələrə səbəb oldu.
Muxalifet4 - 6-04-2020
Koronavirusa yoluxan baş nazir reanimasiya şöbəsinə yerləşdirildi - SƏHHƏTİ KRİTİKDİR
Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan məlumatda deyilir.
“Bu gecə Baş nazirin vəziyyəti pisləşdi və həkimlərinin tövsiyəsi ilə o, reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir Xarici İşlər naziri Dominik Raabdan xahiş etdi ki, onu əvəzləsin”, - deyə sənəddə qeyd olunub./apaMuxalifet4 - 6-04-2020