Axtarış
The search found 105857 results in 0.031 seconds.
Search results
MADDİ İMKANI ZƏİF OLAN TƏLƏBƏLƏRİN DİQQƏTİNƏ - Təhsil haqlarını dövlət ödəyəcək
Bu il Azərbaycanda sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatının istifadə olunması nəzərdə tutulub.
Muxalifet4 - 4-04-2020
AZƏRBAYCANDA SƏRT QADAĞALAR QÜVVƏYƏ MİNDİ - Bu dəqiqədən etibarən evdən çıxmaq istəyənlər 8103 nömrəsinə SMS göndərməlidir
Bu gündən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçiriləcək.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, vətəndaşlar təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerlərindən çıxa bilərlər.
Muxalifet4 - 5-04-2020
Azərbaycana giriş-çıxış tamamilə dayandırıldı - BU DƏQİQƏDƏN ETİBARƏN
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində yükdaşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları bu gündən tam şəkildə dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarına əsasən, dayandırılma bu gün saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək müəyyənləşib.
Muxalifet4 - 5-04-2020
Azərbaycanda hərəkətə məhdudiyyət qadağası qüvvəyə mindi - BU DƏQİQƏDƏN ETİBARƏN
Bu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.
Muxalifet4 - 5-04-2020
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcək? - RƏSMİ AÇIQLAMA
"Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək".
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Muxalifet4 - 5-04-2020
Bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilən şəxslərin siyahısı hazırlanıb.
Bu gündən aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
Muxalifet4 - 5-04-2020
GƏNCƏDƏ DƏHŞƏTLİ OLAY - Boşanmaq istəyən həyat yoldaşının üstünə benzin töküb yandırdı
Gəncədə qadın yanıq xəsarətləri alıb.
Hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.
1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadının həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet4 - 5-04-2020
Terrorçular 8 dinc sakini öldürdü - SURİYADA
Suriyada terrorçular 8 dinc sakini öldürüb
Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində İŞİD terrorçuları səkkiz dinc sakini öldürüb.
Bu barədə “Surya” telekanalı məlumat yayıb.
Məlumata görə, silahlılar həmin şəxsləri Əl-Mayedin şəhərindən qaçıraraq, onlara görə pul tələb ediblər. Girovlar Suriya səhrasındakı Ət-Tabni vahəsində saxlanılırmışlar./apaMuxalifet4 - 5-04-2020
Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib
Almaniyada koronavirusdan ölənlərin sayı 1318 olub, 91 314 nəfər isə bu virusa yoluxub.
Belə bir statistikanı federal əyalətlərdən əldə olunmuş məlumatlar əsasında “FOCUS online” portalı yayıb.
Almaniyada koronavirusun episentri Bavariya hesab olunur. Ondan sonra Şimali Reyn – Vestfaliya və Baden – Vürtemberq gəlir. Ölkədə ümumilikdə 24 mindən insan sağalaraq xəstəxanaları tərk edib.
Son sutka ərzində ölkə ərazisində təxminən 166 nəfər virusun qurbanına çevrilib, təxminən 6 min nəfər virusa yoluxub.Muxalifet4 - 5-04-2020
Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb - FOTO - YENİLƏNİB
Gəncədə qadın yanıq xəsarətləri alıb.
Hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.
1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.
Faktla bağlı araşdırma aparılır. /apaMuxalifet4 - 5-04-2020
Gürcüstanda daha bir nəfər koronavirusdan öldü - YENİLƏNİB
Gürcüstanda koronavirusdan ikinci ölüm halı qeydə alınıb.
Həmin şəxs 81 yaşlı qadındır.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı iki nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı sakini virusdan ölüb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb.
***
Gürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.Muxalifet4 - 5-04-2020
Bakı polisi icazə olmadan hərəkət edənləri müəyyənləşdirdi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.
Muxalifet4 - 5-04-2020
Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb
Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova özünü eyvandan yerə atıb.
Muxalifet.az-ın məlumatına görə, bu zaman o, ağır bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.Muxalifet4 - 5-04-2020
İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü
İranda koronavirusa yoluxanların sayı 58 226 nəfərə çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.
O, qeyd edib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 3 603 nəfərə çatıb.
"Ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb. Bu məlumatları nəzərə alaraq, virusa yoluxanların sayı 58 226-a qədər artıb", - deyə o IRINN telekanalının efirində bildirib.
Kianuş Cahanpurun sözlərinə görə, virusa yoluxmuş 22 011 xəstə sağalıb.Muxalifet4 - 5-04-2020
İspaniyada bir gündə 670-dən çox insan koronavirusdan öldü
İspaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 6 min nəfər artıb.
TASS xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 130 759 nəfərə çatıb. Son bir gündə ölkədə 674 nəfər COVID-19 infeksiyasının qurbanı olub.Muxalifet4 - 5-04-2020
SON DƏQİQƏ! - Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Muxalifet4 - 5-04-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 584 nəfərə çatdı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Muxalifet4 - 5-04-2020
"Xəstələrin sayı belə arta-arta çox ciddi çətinliklər meydana gələ bilər" -SABİQ NAZİR
"Mən özüm ailəmlə birlikdə evdə oturub koronavirus pandemiyasının bitəcəyi günü səbrsizliklə gözləyirik. Bu bəlanın Azərbaycandan tezliklə yox olması üçün yalnız bir yolu var. Evdə oturmaq! Ölkə başçısı İlham Əliyev bu yöndə çağırışlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmək lazımdır".
Muxalifet.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov bildirib.
Muxalifet4 - 5-04-2020
Almaniyada 91,7 min nəfər koronavirusa yoluxub - YENİLƏNİB
Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 342 nəfərə çatıb.
RİA "Novosti" xəbər verir.
Bildirilir ki, ölkədə ümumilikdə 91 714 nəfər koronavirusa yoluxub. Son gün ərzində COVID-19-a 5 936 yeni yoluxma qeydə alınıb, 84 nəfər epidemiyanın qurbanı olub.
Ölkədə yeni virusa daha çox yoluxma Bavariyada (23 846) qeydə alınıb. Siyahıda həmçinin Şimali Reyn-Vestfaliyanın (18 735), Baden-Vürtemberqin (18 614) də adları var. Paytaxt Berlində 3 613 nəfər koronavirusa daşıyıcısı qeydə alınıb.
***Muxalifet4 - 5-04-2020
İndiyədək 8103 nömrəsinə 456 min SMS göndərilib
Qısa müddətdə yaradılan “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” vasitəsilə aprelin 5-dən etibarən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.
Muxalifet4 - 5-04-2020