ABŞ maskaların yarısını ələ keçirdi - Almaniyada bunu “müasir quldurluq” adlandırdılar

Baxış sayı:
3001

“200 min maska ABŞ-a yönləndirilib”

Almaniyanın bir ABŞ firmasına pulunu əvvəldən verərək aldığı 400 min ədəd maskanın yarısını ABŞ-ın ələ keçirdiyi iddia edilir.

Çin istehsalı olan, FFP2 və FFP3 sinfindən olan üz maskaları ilkin olaraq, Almaniya hökuməti tərəfindən polis təşkilatı üçün Kovid-19 epidemiyası ilə mübarizə çərçivəsində pulu əvvəlcədən ödənilməklə bir Amerika firmasından sifarişlə alınıb. Çində fabriki olan amerikalı istehsalçı şirkətin 200 min qoruyucu maskanı Almaniyaya daxil olmadan ABŞ-a göndərdiyi iddia edilir. Sifarişin 200 min nəfəri Banqkok hava limanından Almaniyaya göndərilməli idi. Lakin maskaları ABŞ-ın ələ keçirdiyi bildirilib. Polis şefi Barbara Slovik ABŞ hökumətinin ixrac qadağası üzündən 200 min maskanın Almaniyaya gəlmədiyini açıqlayıb.

Berlin əyalətinin daxili işlər naziri Andreas Qeyzel ABŞ-ı tənqid edən açıqlamasında hadisəni müasir quldurluq adlandıraraq, “Atlantikdən o tərəfdəki ortaqlarımızın öhdəsindən gələ bilmərik” deyib.

Ağ Ev isə maskaların ələ keçirildiyi iddiasını rədd edib. Bundan əvvəl Kanada və Fransa da ABŞ-ı bənzər şəkildə ittiham eləmişdi.

Qərb dövlətlərinin bir-birinin maska paylarını ələ keçirməsi ilə bağlı digər hallar barədə https://hurriyyet.org/xeber/avtopa_ittifaqina_nifaq_salan_maska_meselesi_-_fransa_cetin_veziyyetde_olan_italiya_ile_ispaniyanin_sifarislerini_ele_keciribünvanlı xəbərimizdə oxuya bilərsiniz.

Hurriyyet.org