Gürcüstanda koronavirusa yoluxanların sayı 156-ya çatdı
4-04-2020 10:27
Baxış sayı:
2632

Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 156-ya yüksəlib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Koronaviruslu xəstələrin 28-i sağalıb. Karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər saxlanılır.
Hazırda qonşu ölkədə 128 aktiv COVID-19 infeksiyası daşıyıcısı var./Report