​Türkiyədə koronavirusa yoluxanların sayı 20 mini ötdü – BİR GÜNDƏ 69 NƏFƏR ÖLDÜ

Baxış sayı:
3313

Türkiyədə son bir gündə 69 nəfər pandemiyanın qurbanı olub.
Muxalifet.az
xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib.
Nazir deyib ki, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb.