AZƏRBAYCAN MEDİASI KARANTİN REJİMİNDƏ HANSI SƏHVLƏRƏ YOL VERİR... – Tanınmış media ekspertlərindən açıqlamalar / VİDEO

Baxış sayı:
4789

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bu tədbirlər çərçivəsində vətəndaşlara tətbiq olunan bir sıra qadağalar media nümayəndələrinə şamil olunmur.
Belə ki, mövcud vəziyyətdə jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur.
Bununla belə, media nümayəndələri üçün çizilən “qızrmızı xətt” də var. Bu da ondan ibarətdir ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir. Məsələn, paytaxtda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərə bilsə də, rayonlara gedə bilməz. Həmçinin, digər rayon və şəhərlərdə fəaliyyət göstərən jurnalistlər də Bakı, Sumqayıt və Abşerona gələ bilməz.
Bütün bunlarla yanaşı, vətəndaşlar kimi, jurnalistlər də küçəyə çıxarkən üzərində xidməti vəsiqə və ya iş yerindən arayış olmalıdır.
Bəs, mövcud karantin rejimində media nümayəndələri necə fəaliyyət göstərməli və hansı məsələlərdə diqqətli olmalıdır? Bu və digər sullara tanınmış media mütəxəssisi Qulu Məhərrəmlinin aparıcılılğı ilə “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin iştirakı ilə “PressKlub TV”-də aydınlıq gətirilib və ekspertlər gənc jurnalistlərə öz tövsiyələrini veriblər: