SENSASİYA: Bu şəhərin sakinləri koronavirusa az yoluxur

Baxış sayı:
3098

İtaliyada Ferrara şəhərinin sakinləri koronavirus infeksiyasına qarşı immunitetə malikdirlər.

Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı “La Nuova Ferrara” nəşri yayıb.

Mənbə bildirir ki, orada aşkar edilənlərin sayı çox aşağıdır.

Ferrara koronavirusa yoluxanların sayına görə ikinci yeri tutan Emilia-Romagna vilayətində yerləşir.

Regionda 14 mindən çox insan bur virusa yoluxub, Ferrarada isə yalnız 307 yoluxmuş şəxs qeydə alınıb.

Mülki Müdafiə xidmətinin komissarı Serco Ventura bunu şəhərin “malyariya vilayəti”ndə olması ilə izah edir.

Həmçinin istisna deyil ki, xəstələnmənin aşağı səviyyəsi vaxtında qəbul edilmiş tədbirlərlə bağlıdır. Ferrara və ətrafdakı sakinlər ev karantinindədir.  /konkret.az