Koronavirusdan sağalan xəstələrin qanından dərman kimi istifadə ediləcək - TÜRKİYƏDƏ

Baxış sayı:
1264

Türkiyədə yeni tipli koronavirusun müalicəsi üçün artıq bu xəstəlikdən sağalmış xəstələrin qanından istifadə eləmək planlaşdırılır.

Yaponiyadan sonra Türkiyədə ilk dəfə Qaziantep Universiteti tərəfindən belə bir araşdırılma aparılır. Araşdırma müsbət nəticələnərsə, Kovid-19 virusuna qarşı patogenlərdən təmizlənmiş plazma nəqli üsulu ilə mübarizə aparılacaq.

Yeni müalicə üsulu ilə bağlı açıqlamanı universitetin rektoru doktor Ali Gür keçirdiyi mətbuat konfransında verib./Hurriyyet.org