Ermənilərin Qarabağa getməsi qadağan edildi - PAŞİNYANDAN “QARABAĞ VƏ KORONAVİRUS” AÇIQLAMASI

Baxış sayı:
673

Ermənistandan ermənilərin Azərbaycanın işğal altına saxlanılan Qarabağ bölgəsinə getməsi qadağan edilib.

Virtualaz.org-un məlumatına görə, bu barədə məlumatı “dqr” yayıb. Bildirilib ki, Ermənistandan Qarabağa gələn yeganə yolun üzərində polis postu qurulacaq.

Qadağa istənilən növ yük daşıyan maşınlara, müşahidəçi (31 martda keçirilən “seçkilər”lə bağlı) və jurnalistlərə aid deyil.

Yeri gəlmişkən, bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da “Qarabağ və koronavirus” açıqlaması ilə çıxış edib. O bildirib ki, əgər bu virus Qarabağda vüsət alsa, hər şey nəzarətdən çıxacaq: “Korona Qarabağda at oynadacaq”.

N.Paşinyan qeyd edib ki, 31 martda “dqr”də keçirləcək “seçkilərə” Ermənistandan gedən müşahidəçilər bu prosesin başlanğıcı olacaq.