“ATAMI QORUMAQDAN ÖTRÜ ETMİŞƏM" - Koronavirusla bağlı yalan məlumat yayan qadın danışdı / VİDEO

Baxış sayı:
688

“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb.

Muxalifet.az xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova polisə ifadəsi zamanı etdiyi əməldən peşman olduğunu qeyd edib:

“Mən bu hərəkəti bilmədən etmişəm. Narahat etdiyim insanlardan üzr istəyirəm. Sadəcə, atamı, ailəmi qorumaqdan ötrü “WhatsApp” sosial şəbəkəsi ilə qardaşımın həyat yoldaşına səs göndərdim”.

E.Məmmədova yaratdığı narahatlığa görə Azərbaycan xalqından üzr istəyib.

Qeyd edək ki, “WhatsApp” mesencerinin istifadəçisi olan qadın həmin şəbəkə vasitəsilə koronavirus pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olması ilə bağlı uydurma məlumatlar yayıb.