İranda vəziyyət getdikcə gərginləşir... - BİR GÜNDƏ KORONAVİRUSDAN 143 NƏFƏR ÖLDÜ

Baxış sayı:
1345

İranda son sutka ərzində 2 206 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə məlumat verib.

O, “Twitter”də yazdığı postda İranda yoluxma hallarının ümumi sayınən 27 017 nəfərə çatdığını bildirib. Nazir müşaviri həmçinin son gün ərzində 143 nəfərin virusdan öldüyünü də əlavə edib.

Onun sözlərinə görə, yoluxanlardan 9 625 nəfər sağalıb, ölənlərin sayı isə 2 077-yə çatıb./Report