Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı - 20 APRELƏDƏK

Baxış sayı:
4738

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.