Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəldi

Baxış sayı:
1187

"Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır". 

“Med.news”xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, xəstələrin əksəriyyəti “Nork” Yoluxucu Xəstəliklər Mərkəzindədir: “Yoluxanların əksəriyyətində hərarət və ya digər simptomlar yoxdur, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəxanada qalırlar”.

Baş nazirin sözlərinə görə, yoluxmuş insanlar arasında 11 xəstənin yaşı 65-dən, 5-nin yaşı isə 70-dən yuxarıdır: "Xəstələr arasında yaşı 80-dən yuxarı olan yoxdur. 30 xəstədə pnevmoniyadır, onlardan 5-i reanimasiya şöbəsindədir, bir nəfərin vəziyyəti son dərəcə ağırdır”./apa