Bakıdakı dünya çempionatı təxirə salındı

Baxış sayı:
4581

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. 

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır./Apasport.az