Axtarış

The search found 105857 results in 0.032 seconds.

Search results

  1. Gürcüstanda fövqəladə vəziyyət elan olundu / YENİLƏNİB - 2

    Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyətin elan edilməsini dəstəkləyib.

    Dövlət başçısı bu barədə canlı video müraciətində bildirib.

    S.Zurabişvili fövqəladə vəziyyətin elan olunmasına dair sənədi imzalayıb.

    Sənəd təsdiqlənməsi üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Qanunverici orqan bu gün saat 16:30-da xüsusi iclas keçirəcək./Report

    ***

    Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.

    Bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

    Muxalifet4 - 21-03-2020

  2. Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlanıb

    Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb. 

    Muxalifet4 - 21-03-2020

  3. DTX və DİN əməliyyat keçirdi, SAXLANILANLAR VAR

    Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.

    Muxalifet4 - 21-03-2020

  4. Gürcüstanda 10 nəfərdən çox insan bir yerdə toplaşa bilməz - KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTDI / Yenilənib

    Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 48-ə çatıb.

    Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

    Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.

    Qeyd edək ki, bu günə qədər qonşu ölkədə bir şəxs koronavirusdan tam sağalıb.

    ***

    “Gürcüstanda kilsələr də daxil olmaqla, 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur”.

    Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

    Muxalifet4 - 21-03-2020

  5. Operativ qərargahın növbəti iclası keçirildi

    Martın 21-də Nazirlər Kabinetində operativ qərargahın növbəti iclası keçirilib.

    İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı hazırkı vəziyyət təhlil olunub, səhiyyə sahəsində görülməli işlər, tətbiq olunmuş məhdudiyyətlərin ilkin nəticələri və digər məsələlər müzakirə edilib, həyata keçiriləcək vəzifələrə dair tapşırıqlar verilib.

    Muxalifet4 - 21-03-2020

  6. Koronavirusla bağlı yalan məlumat yaymaqda ittiham olunan şəxs həbs oluna bilər - MƏHKƏMƏ QƏRARI...

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

    Muxalifet.az xəbər verir ki, məlumatda deyilir: 

    “Feysbuk” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı (COVID-19) əlaqədar dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib.

    Muxalifet4 - 21-03-2020

  7. Qusarda itkin düşən şəxsin meyitin tapıldı - QƏTLƏ YETİRİLİB...

    Qusar rayonu ərazisində qətl hadisəsi baş verib. 
    APA-nın şimal bürosunun verdiyi məlumata görə,  itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.
    Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-i, Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ  kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

    Muxalifet4 - 21-03-2020

  8. Vətəndaşlara ödənilən ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi - FƏRMAN

    Azərbaycan vətəndaşlarının ölkə ərazisində pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi 30 gün ərzində onlara geri qaytarılacaq.

    Bu, Prezident İlham Əliyevin bununla bağlı bu gün təsdiq etdiyi qaydalarda öz əksini tapıb.

    Muxalifet4 - 21-03-2020

  9. Koronavirusa qarşı gənclərin də immuniteti yoxdur - VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU GÖRÜNMÜR...

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlığında bildirir ki, gənclər koronavirusa qarşı immunitetə ​​malik deyillər və virusu yaşlılara ötürməmək üçün ünsiyyət qurmaqdan çəkinməlidirlər.

    Bu barədə bəyanatla ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus çıxış edib. Onun sözlərinə görə, gənclərin seçimi "başqaları üçün həyat və ölüm arasında fərq" təşkil edə bilər.

    Muxalifet4 - 21-03-2020

  10. SON DƏQİQƏ! - Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı

    Azərbaycanda 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
     

    Nazirlər Kabinetinin  yanında Operativ Qərargahdan verilən məlumata əsasən,  xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
     
    Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
     

    Muxalifet4 - 21-03-2020

  11. SABAHDAN ETİBARƏN KAFE VƏ RESTORANLAR SAAT 15:00-DƏK İŞLƏYƏCƏK - Operativ qərargahdan açıqlama

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09:00-dan 15:00-dək müəyyən edilir.
     

    Muxalifet4 - 21-03-2020

  12. İlham Əliyev 1 illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
     
    "Report" xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
     

    Muxalifet4 - 21-03-2020

  13. ​İRANLA SƏRHƏDDƏ NARKOTACİRLƏRƏ QARŞI ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır.

    Muxalifet4 - 21-03-2020

  14. Gürcüstanda parlament seçkiləri təxirə salına bilər - KORONAVİRUSA GÖRƏ

    “Gürcüstanda builki parlament seçkiləri ölkədə fövqəladə vəziyyətin ləğvindən 6 ay sonra keçiriləcək”.

    Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin xüsusi iclasında çıxışında bildirib.

    O, seçkilərin müddətinin dəyişdirilməməsi üçün fövqəladə vəziyyətin qoyulan vaxtda başa çatacağına ümid etdiyini deyib.

    Qeyd edək ki, koronavirusla bağlı qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılıb./Report

    Muxalifet4 - 21-03-2020

  15. KORONAVİRUS İTALİYANI MƏHV EDİR... - Bir gündə 800 nəfər öldü...

    Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb.

    Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

    Məlumata görə, son gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub. 

    Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.

    Muxalifet4 - 21-03-2020

  16. DİN-dən ŞOK XƏBƏRDARLIQ - 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan edildi

    Türkiyənin hakimiyyət orqanları yaşı 65-dən çox olan insanlara koronavirusa yoluxma təhlükəsinə görə küçəyə çıxmağı qadağan edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    "Bazar günü saat 00:00-dan başlayaraq yaşı 65-dən yuxarı olan şəxslərə, həmçinin xroniki xəstələrə küçəyə çıxmaq, parklarda, bağlarda və bu cür açıq meydançalarda gəzmək qadağa qoyulur", - ölkənin Daxili İşlər Nazirliyinin xəbərində deyilir.

    Muxalifet4 - 21-03-2020

  17. Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatdı - RƏSMİ AÇIQLAMA

    Türkiyədə yeni növ koronavirus infeksiyası daha 12 nəfərin ölümünə səbəb olub, bununla da ölənlərin sayı 21 nəfərə çatıb.

    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

    Nazir qeyd edib ki, son 24 saatda 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb.

    Muxalifet4 - 22-03-2020

  18. Fransada bir sutkada 1800-dən çox insan koronavirusa yoluxub

    Fransada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı gün ərzində 1,8 mindən çox artaraq 14459 nəfərə çatıb. Ölənlərin sayı isə 112 nəfər artaraq 562 nəfərə çatıb.
    "TASS"-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

    "Yoluxanların sayı 14459 nəfər, ölənlərin sayı 562 nəfərdir", - deyə məlumatda bildirilir./apa

    Muxalifet4 - 22-03-2020

  19. Tramp Kim Çen Ina koronavirusla bağlı məktub göndərdi

    ABŞ prezidenti Donald TrampKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina məktub göndərib.

    “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

    Muxalifet4 - 22-03-2020

  20. "Real Madrid"in sabiq prezidenti koronavirusdan öldü

    İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Lorenso Sans vəfat edib. 

    "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib. 

    Muxalifet4 - 22-03-2020

Pages