Marneulidə səhra xəstəxanası yaradıldı - RAYON KORONAVİRUSUN YOLUXMA MƏNBƏYİDİR...

Baxış sayı:
1543

Gürcüstanın Marneuli rayonunda səhra xəstəxanası yaradılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Xəstəxana Gürcüstan hökumətinin qərarı ilə təşkil olunub. Onun qurulması işlərini ötən gecə Fövqəladə Halların İdarə olunması Xidməti həyata keçirib.

Qeyd edək ki, Marneulidə koronavirusun daxili yayılması təhlükəsi olduğundan rayonda bu gündən ciddi karantin rejimi tətbiq olunur. 

Xatırladaq ki, buna səbəb ötən gün Marneulidə koronavirus diaqnozu qoyulan qadının yoluxma mənbəyinin müəyyən olunmamasıdır.