Bərdədə dəhşətli qətl - OĞUL ATASINI ÖLDÜRDÜ
20-03-2020 14:57
Baxış sayı:
5656
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Bərdə Rayon Polis Şöbəsindən “Report”a bildiriblər ki, rayon sakini, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğlu yaşadığı evdə atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlunu mətbəx bıçağı ilə ürəyindən vuraraq öldürüb.
Namiq Mustafayevin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.