Dünyada 210 mindən çox insan koronavirusa yoluxub - ÜST AÇIQLADI

Baxış sayı:
1455

Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus aşıqlamasında bildirib. 

O qeyd edib ki, hər bir ölüm bir faciədir: “Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.